İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan xalqı Koçaryan-Sərkisyan cütlüyünün əkdiyi “ağacın zəhərli meyvələri”ni yeyir

4716 06.12.2020 14:25 Gündəm A A

Ermənistan dövləti çökür. Bunu artıq ölkənin keçmiş prezidentləri də dilə gətirməkdədirlər. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bildirib ki, hakimiyyət uğrunda mübarizə vətəndaş müharibəsinə səbəb ola bilər. Ter-Petrosyan hesab edir ki, mövcud prosesin belə davam etməsi yalnız Qarabağın deyil, həm də Ermənistan dövlətçiliyinin sonu olacaq.

Ermənistanın ikinci prezidenti Robert Koçaryan da ölkənin Qarabağ müharibəsində acı məğlubiyyətə düçar olduğunu və bu məğlubiyyətin dərin böhrana gətirdiyini, ölkənin ciddi təhlükə ilə üz-üzə qaldığını bildirib. Eyni zamanda Koçaryan baş verənlərə görə Nikol Paşinyanın günahkar olduğunu qeyd edib.

Əli qanlı növbəti terrorçu eks-prezident Serj Sərkisyan da dilə gəlib. Sərkisyan Nikol Paşinyanı alçaldıcı sözlərlə təhqir edib və onu Ermənistanı məhv olmağın astanasına gətirdiyini bildirib.

3.jpg (22 KB)

Ermənistan cəmiyyətində isə Levon Ter-Petrosyanın nüfuzu müəyyən qədər yüksək olsa da, Robert Koçaryanla Serj Sərkisyana xalqın böyük hissəsinin nifrət etdiyi məlumdur. Cəmiyyətin böyük hissəsində belə bir rəy var ki, əslində Robert Koçaryanla Serj Sərkisyanın danışmağa haqqı çatmır, çünki dövlətin, xalqın gəlib uçurumla üzləşməsi daha çox onların üzündən baş verib. Onların hər ikisinin müharibədə məğlubiyyətdən sonra bir aya yaxın müddətdə keçirilən mitinqlərdə gözə görünməməsi, meydana, xalqın qarşısına çıxmamaqlarının səbəblərindən biri də məhz bu amildir. Ermənistan cəmiyyətində bu iki əliqanlı terrorçu eks-prezidentə olan kəskin münasibət heç də Nikol Paşinyana qarşı münasibətdən geri qalmır.

Bu bir faktdır Ermənistanda Qarabağ klanı ilə ermənistanlılar arasında uzun müddətdir uçurum yaranıb. Bunun da kökündə məhz Robert Koçaryan-Serj Sərkisyan cütlüyü dayanır. Məhz bu cütlük 2018-ci ilin aprelinə qədər nə az nə çox düz 20 il Ermənistana ard-arda rəhbərlik ediblər. Qarabağ məsələsini sülh yolu ilə həll etməyə razılaşan prezident Levon Ter-Petrosyanı devirən Robert Köçaryan-Serj Sərkisyan cütlüyü Ermənistanın fəlakətlərinin əsasını həm də o zamandan qoyublar. Bu gün Ermənistan dövləti və xalqı məhz bu iki caninin, haqqında rəsmi cinayət işləri açılan bu iki cinayətkarın illər öncə əkdikləri “ağacın zəhərli meyvələri”ni yeyir və bu zəhər artıq onları məhv edir. İndi bütün baş verənlərin, dövlətin çöküşünün günahını, məsuliyyətini hər iki banda başçısı qəsdən öz üzərlərindən atmağa çalışırlar. Onlar bilirlər ki, təkcə Azərbaycan xalqına qarşı etdikləri cinayətlərə, vandalllığa görə deyil, həm də öz xalqlarına qarşı da 20 il həyata keçirdikləri cinayətlərə görə gec-tez qanun və tarix qarşısında cavab verəcəklər. Ona görə də indi yaranmış fürsətdən yararlanıb məsuliyyəti öz üzərlərindən atmağa cəhd edirlər.

2.jpg (11 KB)

30 ildən artıqdır əsasını qoyduqları cinayət zəncirinin sonda gəlib öz xalqlarının, öz dövlətlərinin boğazına dolandığının fərqindədir Koçaryan-Sərkisyan cütlüyü. Gələcəklərindən, xalqın qəzəbindən qorxan bu canilər indi Paşinyanı bütün bəlaların baiskarı élan edirlər. Ancaq özləri də yaxşı bilirlər ki, onlar hələ Dağlıq Qarabağda “komandir” cildində terrorçuluqla məşğul olmağa və erməni xalqını sonu olmayan işğalçılıq mərəzinə yolxduran zamanlardan erməni xalqının, Ermənistan dövlətinin bəlalarının əsasını qoyublar. Qarabağda azərbaycanlılara qarşı həyata keçirdikləri talançılıqla, girov götürdükləri azərbaycanlı uşaqların orqanlarını satmaqla sərvət toplayan qatil Robert Koçaryanla və Serj Sərkisyanı “qələbələr” o həddə qədər azğınlaşdırmışdı ki, Qarabağa sığmayıb Ermənistan dövlətini də işğal etdilər. Bəli, məhz işğal etdilər. Bu cütlük və rəhbərlik etdikləri cinayətkar klan terrorçu mahiyyətlərini öz xalqlarına qarşı da dəfələrlə nümayiş etdirib. 1999-cu ildə Ermənistan parlamentinə silahlı basqın təşkil edib spikeri, onun müavinlərini, baş naziri, deputatları gülləboran etdirib qətlə yetirdən Robert Koçaryan idi. Levon Ter-Petrosyanı güc yolu ilə istefaya məcbur edib hakimiyyəti qəsb edən Koçaryan-Sərkiysan cütlüyü erməni xalqını hər addımları ilə faciələrə yaxınlaşdırırdı.

1.jpg (34 KB)

2008-ci ilin martında Koçaryan prezidentliyi Serj Sərkisyana ötürmə əməliyyatına etiraz edən xalqı küçədə güllələtdirəndə, Paşinyanın qardaşı daxil, çoxlu sayda insanı qətlə yetirəndə də mənfur tərcümeyi-halına həm də öz xalqınıa qarşı cinayət törədən əliqanlı qatil damğasını yapışdırıb. Mənfur cütlüyün öz xalqlarına qarşı cinayətləri də saymaqla bitən deyil. Ölkədə qurduqları diktatura, korrupsiya cinayətləri də bir yandan dövləti sarsıdırdı. Bu iki caninin 20 illik hakimiyyətləri Ermənistan adlı ölkəni xərçəng xəstəliyi kimi içdən yeyirdi. Qurduqları ordu ilə həmişə lovğalanırdılar. Ermənistan ordusunu Paşinyan qurmayıb, bu ordunu həmin canilər özləri də etiraf edirlər ki, onlar qurmuşdular. Və qurduqları “yenilməz” ordunu Azərbaycan ordusu 44 günə məhv etdi. Artıq Koçaryan-Sərkisyan cütlüyünün öz rəqiblərinin gözünə kül üfürmək üçün “yenilməz ordu” “arqumenti” də ələrindən çıxıb.

Ermənistan ictimaiyyəti Robert Koçaryanla Serj Sərkisyanı, onların klanını tarixin zibilliyinə atıb. İndi onların ikisinə qarşı iki ölkədə-Azərbaycanda və Ermənistanda cinayət işi açılıb. Gec-tez qanun qarşısında da cavab verəcəklər.

Etibar Seyidağa,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR