İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və Azərbaycan arasında birbaşa əlaqə: İrəvandan açıqlama  

2178 23.03.2022 13:00 Region A A

Ermənistan və Azərbaycanın Müdafiə nazirlikləri arasında xüsusi əlaqə yaradılıb.

Musavat.com bildirir ki, bu barədə erməni mediasının sorğusuna cavab olaraq Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyi nazirliklərlə dəqiq necə - telefon, videobağlantı və ya digər şəkildə əlaqə saxladığını deməkdən imtina edib. Silahlı Qüvvələrin baş qərargah rəisi Hamlet Batikyan qeyd edib ki, rabitə təhlükəsizliyinin təmin edilməsi zərurətindən çıxış edərək əlavə məlumat vermək mümkün deyil.

Müdafiə Nazirliyi sonuncu təmas nə vaxt yaradılıb və bunun nəticəsində hansı məsələlərin həlli ilə bağlı suala cavab vermək istəməyib.

Nazirlik qeyd edib ki, Ermənistanın dövlət sərhədində vəziyyət sabitdir və Rusiyanın Qarabağda yerləşən sülhməramlı qüvvələri ilə birlikdə sərhəddə insidentlərin qarşısının alınması və aradan qaldırılması üçün daim iş aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR