İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistan tamamən Putinə verildi" - Erməni təhlilçi Sarkisyanı belə rəzil etdi...

3261 13.10.2014 14:17 Son xəbər A A
Ermənistanın tanınmış  siyasi təhlilçisi  Musa Mikaelyan  erməni mediasında  Sarkisyanın "Putin İttifaqı" hesab edilən Avrasiya İttifaqına  daxil olmasını tənqid edən yazıyla çıxış edib.

Avropa.info xəbər verir ki, "Sürətlə uçuruma doğru"  başlıqlı yazıda  Mikaelyan  Ermənistanın Rusiya tərəfindən istilasının yekunlaşdığı qənaətindədir.

"10 oktyabr etirazlarından sonra Ermənistanda edilən söhbətlərin çoxu hakimiyyətin istefasının labüdlüyü haqdadır. Hal-hazırkı vəziyyətdən çıxış kimi ilk növbədə Serk Sarkisyanın istefası lazımdır. Ancaq legitim hakimiyyətin bərpasından sonra Ermənistanı çuxurdan çıxarmaq olar. 

Hakimiyyətin istefası Ermənistanın müstəqilliyinin geri dönüşü və müstəqilliyin  itirilməməsi üçün ilkin şərtdir. Ancaq Ermənistanın gələcəyinin  necə olacağı haqda dəqiq fikirlər yoxdur. Fəlakət səviyyəsində olan proses artıq hökumətin nəzarətindən çıxıb. Ermənistan tamamilə xarici qüvvələrin, ilk növbədə Moskvanın səlahiyyətinə verilib. Öz-özlüyündə hakimiyyətin istefası da yekun həll deyil. 

Rusiya Ermənistan üzərində səlahiyyətlərini təhvil verməyəcək. Yeni hakimiyyət bu məsuliyyəti öz üzərinə götürməlidir. Ermənistan cəmiyyəti artıq hakimiyyətlə yox, Rusiya ilə üz-üzə durub. Demək olar, müstəqillik əldə edildikdən sonra hər zaman belə olub.

Cəmiyyət bu həlledici məsələni və ölkəni uçurumdan çıxarmağın yollarını müzakirə etməlidir. Bu sürətlə bizi uçurumun dibinə gedirik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR