İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan sülh müqaviləsi layihəsinin razılaşdırılmayan məqamlarını AÇIQLADI  

1072 14.09.2023 13:46 Region A A



Ermənistan rəsmi səviyyədə Azərbaycanla imzalana biləcək sülh sazişlərində razılaşmadığı bəndləri açıqlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın hakim “Vətəndaş sazişi”  partiyasının parlament fraksiyasının katibi Artur iki tərəfin hələlik heç bir konsensusa gələ bilmədiyi əsas məqamları göstərib.

Onun sözlərinə görə, əsas məqamlar ərazi bütövlüyünün qarşılıqlı tanınması, “Dağlıq Qarabağ xalqı”nın (Paşinyan iqtidarı yenə Azərbaycanın daxili işlərinə qarışaraq Qarabağdakı erməni azlığı bu cür adlandırır-red.) hüquq və təhlükəsizliyinin həyata keçirilməsi və Ermənistan Respublikasının suverenliyinin qorunmasıdır. “Bütün bunların arxasında indiki mərhələdə ictimaiyyətə açıqlanmayan təfərrüatlar var”, - deyə Ovannisyan əlavə edib.

Erməni deputatın bildirdiyinə əsasən, sülh müqaviləsində Ermənistanın suverenliyi ilə yanaşı, ərazi bütövlüyünün də təmin edilməsi üçün aydın mexanizmlər və təminatlar göstərilməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR