İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan sülh müqaviləsi imzalamağa hazırlaşır? - Tofiq Zülfüqarovla "Canlı debat"

2532 18.08.2021 12:00 Gündəm A A

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət Üçtərəfli İşçi qrupu yenidən işə başlayıb.

“Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələlərini müzakirə olunub", - məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev iyunda bildirmişdi ki, Ermənistanda yeni hökumət formalaşandan sonra İşçi qrupu fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, bu ilin yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət Üçtərəfli İşçi qrupun yaradılması qərara alınıb.

Bu xəbər və toplantı nədən xəbər verir? Ermənistan bunun ardınca sülh müqaviləsini imzalaya bilərmi? Üçtərəfli görüşün baş tutması Ermənistanın, Paşinyanın yola gəlməsi deməkdir? Azərbaycanın Rusiyadan, onun Qarabağdakı sülhməramlılarından şikayət etdiyi bir vaxtda görüşün baş tutması olduqca maraqlıdır...

"Taliban” əfqan xalqına çağırış edib. Deyib ki, kimsə təqib olunmayacaq, heç kimdən intiqam alınmayacaq. Heç yana getməyin, qalın ölkədə, işləyin, yaşayın. Əfqanıstan paytaxtı Kabili ələ keçirən Taliban özünün ilk mətbuat konfransını keçirib. Jurnalistlərin suallarına cavab verən Talibanın rəsmi nümayəndəsi, o cümlədən ABŞ qüvvələri ilə əməkdaşlıq edən şəxslərin əfv olunacağını deyib, qadınların vəziyyətini və təhlükəsizlik məsələlərini şərh edib. Talibanın sözçüsü onlara qarşı vuruşanların əfv olunacağını bəyan edib.
"Əfqanıstanda sabitlik və sülh naminə bizə qarşı vuruşanların hamısını əfv etdik. Düşmənçiliklərə son qoyuldu", - Zabihullah Mücahid deyib.

Onun sözlərinə görə, onlar Talibana qarşı vuruşanlardan qisas almaq fikrində deyillər.

"Daxili və xarici düşmən istəmirik.

Bu, aldatma ola bilər. Hakimiyyətdə möhkəmlənənə kimi hamıya barışıq əli uzadıb, sonra onlara tərəf uzanan qolları kəsmək. İranda islam inqilabından sonrakı ssenari təkrarlana bilər Əfqanıstanda.

Zamanında o qədər zalım, qəddar davranıb, əli o qədər insanın qanına batıb ki, kimsə “Taliban” liderlərinin bu vədlərinə inanmır. Təşkilat hakimiyyətə gəldikdən sonra bu imicini düzəltməyə çalışır. Hətta əfqan qadınlarla bağlı vədlər verir. Bəs o, bu vədlərində nə qədər səmimidir? Sözünü tutacaqmı? Əfqan xalqı bu vədlərə aldanacaqmı, inanacaqmı?

"NATO-nun Əfqanıstandakı missiyasını doğru şəkildə nəzərdən keçirməliyik. Dərslər çıxarmaq lazımdır. Son həftələrdə həm Əfqanıstan ordusu, həm də siyasi mexanizm sürətlə çökdü. Bu qədər sürətli çöküş gözləmirdik. Bunu görmək məni kədərləndirir”. Bunu NATO baş katibi Yens Stoltenberq bildirib. Maraqlı açıqlamadı. Bunlar Əfqanıstandan çıxdıqdan sonra nə gözləyirdilər? Orda əmin-aman həyat olacağına ümid edirdilər? NATO baş katibinin bu açıqlaması nə qədər səmimidir? NATO-nun analitik xidməti var, ekspertləri var, informasiyası var. Əfqanıstandan çıxdıqdan sonra orda nələrin baş verəcəyini hesablamaq o qədərmi çətin idi? ABŞ prezidenti Co Bayden isə deyib ki, baş verənlər ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğuna son qoymağın doğru qərar olduğunu təsdiqlədi. O daha sonra deyib: “Amerika qoşunları Əfqanıstan qüvvələrinin özləri üçün döyüşmək istəmədikləri bir müharibədə döyüşə bilməz, döyüşməməlidir və ölməməlidir”.

Amerika əsgərinin çəkməsi dəyən ölkələr niyə bədbəxt olur. Hətta ABŞ qoşunları sülh yaratmaq adıyla girdikləri ölkələr on illərlə sülh əldə etmək mümkünsüz hala gəlir. İraq, Suriya, Liviya, Əfqanıstan... Bir vaxtlar, daha dəqiq İraqa hücum zamanı, hətta 2011-ci ildə baş verən “Ərəb baharı” dövründə ABŞ-ın bölgəyə sülh və demokratiya gətirdiyini yazırdıq. Çoxları səmimi olaraq bu düşüncədəydi. Hətta 2003-ün martında və 2011-in yanvar-aprel aylarında Azərbaycan müxalifəti də ayaqlandı, etiraz aksiyaları keçirib, inqilab etmək istədi. Sonralar sübut olundu ki, Amerika Yaxın Şərqin diktaturadan əziyyət çəkən ölkələrində demokratiya gətirmək fikrindən çox uzaq olub. Məqsəd o ölkələrdəki təbii sərvətləri – petroldan su mənbələrinə kimi (Suriya səhrasının altında 500 illik su ehtiyatlarının olduğuna dair iddialar var. “Bu, gələcəkdə “Su müharibəsi”ndə Amerikaya çox lazım olacaq” – deyir bəzi bilgili mənbələr) ələ keçirmək olub. Həmçinin üzdə müttəfiqi, arxada isə rəqibi olan Avropanı ərəb qaçqınlarının selinə boğmaq məqsədi güddü. Böyük anlamda istəyinə nail oldu.


Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyədə səfərdədir. Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla görüşüb. Nazirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışını etdiyi 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-21) çərçivəsində bir araya gəliblər. Akar növbəti dəfə Azərbaycana dəstək bəyanatı səsləndirib. Ötən ilin bu günlərində də iki ölkənin müdafiə və xarici işlər nazirləri vaxtaşırı aralarında telefon danışığı aparır, canlı görüşlər keçirirdilər. Bəs bu dəfəki təmaslar, məsləhətləşmələr nəylə nəticələnə bilər?

Bu və gündəmdəki digər mövzuları bu gün eks xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR