İnsanlara hürriyət, millətlərə istiqlal!

“ERMƏNİSTAN-RUSİYA ƏLAQƏLƏRİ REGİONDA QEYRİ-SABİTLİk YARADIR”

1941 11.10.2011 13:39 Gündəm A A
Onun sözlərinə görə, Avropa Birliyi regiondakı münaqişələrə ikibaşlı yanaşır: “Avropa Birliyi regionda bir dövlətin ərazi bütövlüyünü tanıyır, birinə isə fərqli yanaşma tətbiq edir. Regionda bir dövlətin ərazi bütövlüyünü tanıyıb, başqa dövlətin ərazi bütövlüyünün pozulmasına göz yummaq heç kimə başucalığı gətirmir”.
XİN rəsmisi deyib ki, Azərbaycan AB-nin enerji təchizatında rol oynaya bilər: “Əks halda daha dramatik vəziyyət alınar, Avropa enerji təchizatında başqa dövlətdən asılı hala düşər. 2008-ci ilin avqust hadisələri region üçün böyük təhlükə oldu. Hər kəs bundan nəticə çıxarmalıdır”.
Azərbaycan və Gürcüstanın GUAM-ın yaranmasında iştirak etdiyini xatırladan E. Hüseynli Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu qeyd edib: “Ermənistanın Rusiya ilə əlaqələri regionda qeyri-sabitliyə səbəb olur. Regionun ən kiçik dövləti olan Ermənistan bu gün Rusiya ilə mühüm hərbi siyasi sazişlərə malikdir. Regiondakı münaqişələr bölgənin inkişafına ciddi mane olur. Bu münaqişələr həll olunarsa, Cənubi Qafqaz iqtisadi baxımdan inkişaf etmiş bölgəyə çevrilər. Azərbaycanın mövqeyi bəllidir - regionda münaqişələr həll olunmayana qədər birgə layihələrdən söhbət gedə bilməz”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR