İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan rəsmisi Qarabağ ermənilərinin mavi pasportlarından danışdı

1104 06.11.2023 16:28 Son xəbər A A

“Qarabağlıların mavi pasportları səyahət sənədləridir. Onlar şəxsiyyəti təsdiq edən vəsiqə kimi istifadə oluna bilər, lakin vətəndaşlığı təsdiq edən sənəd deyil”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərlə söhbətində Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri Armen Kazaryan deyib.

O, hazırda neçə Qarabağ sakininin Ermənistan vətəndaşlığı üçün müraciət etdiyini deyə bilməyəcəyini söyləyib.

“Məndə konkret rəqəm yoxdur. Dəqiq bir şey biləndə sizə deyəcəm”, - deyə Kazaryan bildirib.

Onun sözlərinə görə, Qarabağ ermənilərinə qaçqın statusunun verilməsi kollektiv qaydada, Nazirlər Kabinetinin vahid qərarı ilə həyata keçirilir. Armen Kazaryan həmin şəxslərin Ermənistan vətəndaşlığını alması prosesinin də mümkün qədər sadələşdirildiyini qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR