İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan rəsmən elan etdi: Azərbaycanla razılaşırıq – Üzeyir Cəfərovla “Canlı debat”

833 28.10.2021 11:47 Gündəm A A

Moskva danışıqları ərəfəsində verilmiş net mesaj-Türkiyə də o masada var...

Bəzi ekspertlər hesab edirlər ki, Türkiyə prezidentinin Azərbaycana bir günlük səfərinin pərdəarxası tərəfləri də mövcüddur. Onlardan biri regionda Tehran üzündən yaranmış gərginlikdirsə, əsas səbəb noyabrın əvvəlində baş tutacağı iddia olunan Əliyev-Paşinyan-Putin görüşü ilə bağlıdır. Məlumdur ki, Azərbaycan və Türkiyə Prezidentləri Zəngilandakı görüşlərində Bakı və Tehran arasında son vaxtlar yaranmış gərginliyi müzakirə ediblər. Ərdoğan Türkiyəyə qayıtdıqdan sonra jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan prezidenti bu məsələdə prinsipial və qətiyyətli mövqe tutur: "Biz İlham Əliyevlə bu məsələni müzakirə etdik. Azərbaycan prezidenti qətiyyətli mövqeyindən geri çəkilmir. O qeyd edib ki, İsraillə münasibətlər Azərbaycanın digər ölkələrlə əlaqələrindən fərqli deyil və bundan sonra da belə olacaq. Ölkələr qərarların qəbulu mexanizmi məsələsində bir-birinə təzyiq göstərmək hüququna malik deyillər". Ərdoğan "Tehranın sağlam düşüncə ilə hərəkət edəcəyinə və İran və Azərbaycan arasında problem olmayacağına" ümid etdiyini bildirib.

Qarşıdakı Moskva görüşünün müzakirəsi ilə bağlı isə bilgi yoxdur. Amma şübhə yoxdur ki, Türkiyə Prezidenti qapalı görüşdə bu barədə ətraflı bilıgiləndirilib. Əslində səfərdə verilən mesajın da bir anlamı budur ki, Türkiyə regionda çox ciddi faktordur və regionda proseslərin müsbət məcrada inkişafında, sabitlik mühitinin formalaşmasında xüsusi rola malikdir. Bunu Rusiya da bu cür qəbul edir və Ərdoğanın Ermənistan-Azərbaycan arasında danışıqları ilə bağlı açıqlamaları, Türkiyənin sərhədlərin açılması ilə bağlı öz şərtini bir daha xatırlatması Moskva danışıqlarına yönəlik mesajlardır. İkinci bir tərəfdən, Rusiya Prezidentinin digər kənar vasitəçilərə qapıları bağladığı haqda bəyanatı fonunda Türkiyənin də proseslərdən kənarlaşdırla biləcəyi haqda ehtimallar yaratmışdı. Amma bu qısa səfər, verilən mesajlar (xüsusilə Zəngəzur yolunun inşası ilə bağlı) Türkiyənin bu regionda və masada olduğunu bir daha sübut etdi. Bu qarşıdakı görüş(lər)də Azərbaycanın mövqelərini bir daha gücləndirəcək ciddi amildir.

Ermənistan təkzib etmir, bəs Bakı niyə susur?

Rusiya, Ermənistan və Azərbaycan liderləri - Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin üçtərəfli görüşünün noyabrın birinci ongünlüyündə Moskvada baş tuta biləcəyi haqda xəbərlər yayısa da, hələ də rəsmi Bakı buna reaksiya bildirməyib. Xatırladaq ki, iddia olunur ki, noyabrın 8-i və ya 9-da danışıqların baş tutacağı, sonda üçtərəfli bəyanatların imzalanması gözlənilir. “Sənəd Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə aid olacaq. Bu proses mürəkkəbdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə problemin həlli yolu tapmaq üçün özləri üçün "yol xəritəsi" müəyyən edəcəklər” deyə, xəbərlərdə bildirilir.
Rusiya prezidentinin mətbuat katibi belə bir görüşün ola biləcəyi haqda birmənalı fikir bildirməsə də, Ermənistanda nəinki bu barədə danışılır, hətta erməni müxalifəti artıq “imzalanacaq sənədlərə etiraz olaraq” mitinqlərə qərar verir. Son olaraq, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Azərbaycan və Ermənistan arasında noyabrın əvvəllərində Moskvada yeni razılaşmanın imzalanacağı ilə bağlı xəbərə reaksiya verib. Xarici işlər naziri belə bir sənədin imzalana biləcəyini təkzib etməyib. “Hazırda müxtəlif formatda görüşlər barədə təkliflər daxil olur. İstisna olunmur ki, görüşlərdən birində tərəflərin öncədən razılaşdırdığı sənəd imzalanasın. Amma məhz mətbuatda adıçəkilən sənədlərin imzalanması planlaşdırılımır”-, deyə Mirzoyan söyləyib.

Ararat Mirzoyan hazırda Azərbaycan və Ermənistan liderləri arasında konkret görüş tarixinin razılaşdırılmadığını əlavə edib. Bu görüş iddialarını isə rəsmi Bakı reaksiyasız buraxmağa üstünlük verir. Bu susqunluğun səbəb nə ola bilər? Ortada netləşmiş mövqe yoxdur, yoxsa Ermənistanın son anda razılaşmadan imtina ediləcəyindən ehtiyat edilir? Ola bilərmi ki, Ermənistan hakimiyyəti bu xəbərləri tirajlamaqla erməni müxalifətinin müqavimətini təşkil etmək, bu bahənələrlə yeni öhdəliklərə imza atmaqdan imtina etməyi planlaşdırsın?

Ermənistan parlamentində görünməmiş hadisə-Azərbaycan və Türkiyəyə dəstək...

Ermənistan parlamenti “Ermənistan” və “Mənim şərəfim var” müxalifət fraksiyalarının Azərbaycan və Türkiyə əleyhinə fikirlər yer alan bəyanatın mətnini qəbul etməyib. Azərbaycanla sərhəd məsələsinə dair qapalı dinləmələrin sonunda müxalifət fraksiyaları Azərbaycanı və Türkiyənin “Qarabağda genişmiqyaslı silahlı təcavüzü pisləyən” bəyanatı parlementdə qəbul etdirmək üçün səsverməyə çıxarıblar. “Mənim Şərəfim Var” fraksiyasından olan deputat Tiqran Abramyan səsvermədən əvvəl bəyanatını oxuyub. Hakim “Vətəndaş müqaviləsi” fraksiyası nümayişkaranə şəkildə səsvermədə iştirak etməyib, nəticədə sənəd qəbul olunmayıb. Bu hadisənin 27 oktyabr 1999-cu il tarixində Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri güllələnməsi gününə təsadüf etməsi də diqqət çəkib. Azərbaycanı və Türkiyəni ittiham edən istənilən sənədin Ermənistan parlamenti həmişə “gözüyumulu” qəbul edib. İndi isə bu, erməni parlamentinin tarixində bir ilk hesab oluna bilər. Bu bəyanatı parlamentin ratifikasiyadan keçirməməsinin anlamı nədir? Ermənistanda revanşistlərin bu müstəvidə mübarizəsi nəticəsiz qalarsa, ikinci Naira Unonyan terroru baş verə bilərmi? Ermənistanda müharibədən sonra yaranmış reallığı qiymətləndirənlərlə hələ də türklərə qarşı qisasçılıq etmək istəyənlərin mübarizəsi nə ilə nəticələ bilər?

Bu və gündəmdəki digər mövzuları bu gün saat 12.00-də hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR