İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Qarabağda hərbi təlimlər keçirəcək - danışıqlardan bir gün sonra

1059 20.09.2019 23:12 Son xəbər A A

Ermənistan ordusu işğal altındakı Azərbaycan ərazilərində növbəti hərbi təlimləri reallaşdırmağa hazıraşır. Təlimlər sentybarın 24-dən oktybarın 5-dək davam edəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq “müdafiə naziri” Karen Abramyan bildirib. Onun sözlərinə görə, təlimlər bütün silahlı qüvvələrin iştirakı ilə keçiriləcək və üç mərhələli olacaq. Abramyan bildirib ki, hərbi təlimlər Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçiriləcək.

70307854_2286855338292416_8419336304864526336_n.jpg (128 KB)

Qeyd edək ki, hərbi təlimlər BMT Baş Assambleyasın çərçivəsində keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan XİN başçılarının görüşündən bir gün sonra başlanacaq. Rəsmi İrəvan danışıq görüntüsü yaratdıqdan sonra Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlər keçirib bizə meydan oxuyacaq. Ən yaxşı variant isə Ermənistanın hərbi təlimlərinə hərbi cavabımız olardı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR