İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan prezidentinin Britaniya vətəndaşlığı yenidən gündəmdə - 53 vəkil bununla bağlı müraciət etdi

812 30.03.2021 18:50 Gündəm A A

Ermənistanın 53 vəkili prezident Armen Sərkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi ilə bağlı Baş prokurorluğa müraciət edib.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Vəkillər Kollegiyasının sədri Ara Zöhrabyan məlumat yayıb.

Qeyd olunur ki, Armen Sərkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşlığında da olub. 2018-ci ilin mart ayının 2-də o, Ermənistan prezidenti seçilib. Qanunvericiliyə görə prezident vəzifəsinə seçilməzdən öncə şəxs son 6 il ərzində sırf Ermənistan vətəndaşlığında olmalıdır. Yəni Armen Sərksiyan dövlət başçısı olmaq üçün Böyük Britaniya kraliçası təbəəliyini 01.03.2012-ci ildə bitirməli idi. Prezident aparatndan verilən xəbərə görə, bununla bağlı sənəd, seçkilər keçirildiyi zaman Ermənistan Mili Assambleyasına göndərilib.

Məsələ ilə əlaqədar Ermənistan polisinin Pasport-viza idarəsinin rəisi A.Mkrtçyanın vəkillərin sorğusuna verdiyi cavab böyük hay-küy doğura bilər.

Onun yazdığına görə, Ermənistan polisinə vətəndaş, sonradan Ermənistan Respublikası prezidenti olmuş Armen Sərkisyanın digər dövlətin vətəndaşı olduğu barədə 2018-ci ilin martın 2-nə qədər və ondan sonra heç bir ərizə, arayış daxil olmayıb. Ermənistan Polis idarəsində müvafiq məlumat səlahiyyətli orqanın və ya vətəndaşın özünün verdiyi sənəd əsasında müəyyənləşdirilir. Bundan sonra isə vətəndaşın adı dövlət reyestrinə daxil edilir.

Yəni Ermənistanın indiki dövlət başçısı Armen Sərkisyanın prezident seçilməsi üçün öncə onun başqa ölkənin vətəndaşı olmadığı barədə sənəd dövlət reyestrinə daxil edilməli və yalnız buradan edilən çıxarış Milli Assambleyaya verilməli idi.

Vəkillərin iddiasına görə ortada belə bir sənəd yoxdur. Ermənistanda indinin özündə belə Armen Sərkisyanı hələ də Böyük Britaniya vətəndaşlığından çıxmadığı barədə iddialar səslənir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR