İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan prezidenti Türkiyə və Azərbaycana sərmayə qoyub” -Armen Sərkisyanın ofisi bu iddianı təkzib edir

1444 07.02.2020 01:59 Son xəbər A A

“Ermənistan prezidenti və ya onun ailə üzvləri heç vaxt nə birbaşa, nə də ki, dolayı yolla nə Türkiyəyə, nə də Azərbaycana sərmayə qoyub, gələcəkdə də bu ölkələrə sərmayə qoymaq fikrində deyil”.

“Armenpress” agentliyinin yaydığı xəbərdə deyilir ki, belə bir bəyanatla Ermənistan prezidentinin ofisi çıxış edib.

Bəyanatda bildirilir ki, fərqli media orqanları belə bir iddia ilə bağlı sorğularla Ermənistan Prezidentinə müraciət ediblər. Biz bildiririk ki, prezident Armen Sarkisyan öz varidatı ilə bağlı illik deklarasiya açıqlayır. Həmin sənəd ictimaiyyət üçün açıqdır, orada gəlirlər və onların mənbəyi aydın şəkildə öz əksini tapıb.

Bundan başqa, Armen Sarkisyan heç bir vaxt “British Petrolium” kompaniyasında pay sahibi olmayıb. Prezidentin rəsmi bioqrafiyasında yazıldığı kimi, o, iş müqaviləsinə uyğun olaraq həmin şirkətdə yüksək ranqlı məsləhətçi kimi çalışıb, Qafqaz (ərazisi) isə onun fəaliyyətindən kənarda olub. Bəllidir ki, “British Petrolium” açıq tipli auksioner şirkətdir və kompüterdən başı çıxan hər bir adam asanlıqla bu şirkətdə pay sahibi olanların kimliyini əlüstü öyrənə bilər.

Bəyanatda o da vurğulanır ki, yüzlərlə şirkət var ki, onun adında “Knightsbridge” sözü istifadə olunub. Bu adın istifadə olunduğu balaca şirkətlərin biri ilə Armen Sərkisyanın bir vaxtlar əlaqəsi olub, ancaq bu əlaqə çox-çox əvvəllərə gedib çıxır və həmin şirkətlərin heç biri heç bir vaxt nə “British Petrolium”a, nə də Azərbaycandakı hər hansı bir layihəyə sərmayə qoymayıb. “Bu kimi iddiaların heç bir əsası yoxdur və uydurmadan başqa bir şey deyil”, Ermənistan prezidentinin ofisinin yaydığı bəyanatda belə deyilir.

P.S Qeyd edək ki, bu, məsələ Ermənistanda ciddi siyasi proseslərə start verə bilər. Əslində Armen Sərkisyanın “British Petrolium” üzərindən Azərbaycana sərmayə qoyması mümkün görünür. A.Sərkisyan 2001-2013-cü illərdə “British Petroleum”, “Alcatel”, “Telefonica”, “Merrill Lynch” və bir sıra başqa transmilli şirkətlərin baş müşaviri vəzifəsində çalışıb. Onun həmçinin bizneslə məşğul olduğu bildirilir. Yerli mətbuatda onun Ermənistanda və xaricdə bir neçə şirkətə malik olduğu deyilir. 

O da məlumdur ki, o, 1996-cı ilin noyabr ayından 1997-ci ilin fevral ayına kimi Ermənistanın baş naziri vəzifəsində olub. Prezident Serj Sərkisyanın istəyi ilə Ermənistanın Böyük Britaniyadakı səfiri olan Armen Sərkisyan Ermənistana dönüb və prezident seçilib.

https://armenpress.am/eng/news/1003966.html

 

Elbəyi Həsənli, Sürix
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR