İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan prezidenti Qarabağda hərbi müşavirə keçirib

2860 09.12.2016 14:40 Son xəbər A A
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gələn Ermənistan prezidenti Serj Sərkisyan dekabrın 8-də hərbi hissələrdən birində olub. Yeni kazarmanın açılışına qatılan Sərkisyan xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb.

Novator.az-ın məlumatına görə, sonra Sərkisyan hərbi müşavirə keçirib. Müşavirədə Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyan, Ermənistanın müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, separatçı ordunun komandanları iştirak edib.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və daha 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

2008-ci ildən prezident postunu tutan Serj Sərkisyan 24-cü dəfədir Dağlıq Qarabağa qanunsuz səfər edir. O, işğalçı müharibənin qaniçən liderlərindən biridir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR