İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan politoloqları Dağlıq Qarabağ üzrə Düşənbə razılaşmasının bitdiyini iddia edirlər

884 24.06.2019 18:40 Region A A

Təmas xəttində situasiyanın gərginləşməsi Azərbaycan və Ermənistan liderləri arasında 2018-ci iln sentyabrında əldə olunan razılaşmaların bitdiyini göstərir.

Musavat.com xəbər verir ki, Rusiya mediasına danışan erməni politoloqlarının ümumi rəyi belədir.

Ermənistan ekspertlərinin fikrincə, bu il iyunun 20-də iki ölkənin xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən görüş də bununla bağlı heç bir məsələni həll etməyib. Onlar görüşdəki əsas yenilik kimi cəbhə xəttində mühəndis işlərinin aparılması mövzusunun açılmasını göstərirlər.

Bunu lragir.am saytının siyasi icmalçısı Naira Ayrumyan da söyləyir.

“Həmsədrlər snayperlərin ön xətdən götürülməsini deyil, sadəcə atəşin kəsilməsini tələb ediblər. Görünür, bu tələbi Ermənistan irəli sürüb və vasitəçilər onu qanuna müvafiq sayıb”, - deyə N.Ayrumyan görüşlə bağlı özünəməxsus, ermənisayağı tərzdə şərh verib.

Ermənistanda fəaliyyət göstərən Beynəxalq məsələlər və təhlükəsizlik institutunun eksperti Armen Vardanyan da Vaşinqton görüşünün əslində heç bir şeylə yadda qalmadığını deyib. Onun sözlərinə görə, hazırkı situasiya 2018-ci ilin sentyabrından əvvəlki vəziyyətə geri qayıdışı göstərir.

Armen Vardanyan Ermənistanın bundan sonra da Vyana sazişlərinin gerçəkləşdirilməsinə və atəşkəsin pozulması hallarının araşdırılması mexanizmlərinin işə salınmasına çalışacağını vurğulayıb.

“Düşənbə razılaşmaları elə əvvəldən müvəqqəti xarakter daşıyıb”, - deyə “Orbeli” analitik-tədqiqat mərkəzinin eksperti Taron Ovannisyan bildirib.

T.Ovannisyan həmsədrlərin bəyanatında atəşkəsin təmin olunması mexanizmlərindən bəhs olunmamasına diqqət çəkib. Onun rəyinə görə, Ermənistan Vyana anlaşmarının geri qaytarılmasında israr etməlidir.

Ovannisyan mühəndis istehkam fəaliyyətinin dayandırılması barədə həmsədrlərin sözlərini də vacib hesab edib. Erməni ekspertin fikrincə, xüsusilə Azərbaycan tərəfindən bu cür işlərin aparılması narahatlıq doğurur.

Buna rəğmən erməni politoloq genişmiqyaslı müharibənin başlanması ehtimalının az olduğunu bildirib.

“Lakin ara-sıra, bir-iki günlük diverisya əməliyyatlarının baş verməsi mümkündür”, - deyə T. Ovannisyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR