Ermənistan polisi ilə Milli Təhlükəsizlik Xidməti arasında yeni qalmaqal yaranıb
Ermənistan polisi ilə Milli Təhüləsizlik Xidməti arasında yeni qalmaqal yaranıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu dəfə iki qurum saytlara nəzarət məsələsində qovğa ediblər.
"Başqa sözlə dövlətin bu iki qurumundan hansının saytlara nəzarət edəcəyini bilmir. Bu mübahisənin düşməsində cari il keçirilməsi nəzərdə tutulan seçkidə də rol oynayır.
Əvvəllər qurumlar arasında bir-birinin "sahəsinə" keçməmək haqda razılıq əldə olunmuşdu. Ancaq bir müddət sonra bu razılaşma pozuldu. İndi bu güc strukturları yenidən məsələyə münasibətini aydınlaşdırmaq istəyir", - deyə Ermənistan KİV-i yazıb.






