İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin qarşısında növbəti etiraz aksiyası keçirilir

425 28.12.2020 13:03 Son xəbər A A

Ermənistanda parlament binasının qarşısında növbəti etiraz aksiyası keçirilir.

Dəmirçyan küçəsində parlament binasının qarşısında toplaşan aksiya iştirakçıları binaya daxil olan deputatlara “ayıb olsun” deyə qışqıraraq Baş nazir Nikol Paşinyanın tutduğu vəzifədən kənarlaşdırılmasını tələb edirlər. Aksiya iştirakçılarının əsas şüarı “Nikolsuz Ermənistan”dır .

Binanın girişində etirazçılar hakim “Mənim addımım” blokundan olan deputat Andranik Köçəryanı xain adlandıraraq avtomobilinə yumurta atmağa başlayıblar.

İştirakçılar arasında xüsusilə Ermənistan Respublikaçılar Partiyasının nümayəndələrinin olduğu bildirilir.

Sözügedən partiyanın gənclər qanadının sədri Hayk Mamicanyan jurnalistlərə açıqlamasında erkən seçkilərin uydurma olduğunu, Paşinyanın istefa verməli və vəzifəyə peşəkar şəxslərin gəlməli olduğunu qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR