Ermənistan Milli Məclisinin qarşısında etiraz aksiyası keçirlir. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, etiraz aksiyası Vətəni Xilas Hərəkatının çağırışı əsasında baş tutub. Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edilər.
2 fevralda Hərəkat etiraz aksiyası ilə əlaqdar müraciət yaymışdı. Müraciətdə bildirilirdi ki, “Mənim addımım” parlament fraksiyası bloku hökumətlə birgə antimilli, antidövlət fəaliyyətini davam etdirir. Əlavə olunub ki, 3 fevralda parlamentin növbədənkənar iclası çağırılıb və iclasın gündəliyinə dövlət əleyhinə qanun layihələri də daxildir. Odur ki, Hərəkat ölkə vətəndaşlarını 3 fevral saat 10.00-da parlamentin binası qarşısına toplaşıb antimilli hakimiyyətin fəaliyyətinə etiraza çağırıb.
Qeyd edək ki, dünən müxalifətin xalqa müraciətindən sonra N.Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.
Musavat.com






