İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistan parlamentində “sadizm və konstruktiv mazoxizm” əhval-ruhiyyəsi hökm sürür "

527 15.06.2023 23:53 Region A A

Hər dəfə Ermənistanda “parlament” adlanan qarışıqlıqda baş verənlərə baxıb dinləyəndə başa düşmürəm... Düzü, müxalifətin bu “pis atmosferdə” nə etdiyini anlamıram.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi yerli hüquq müdafiəçisi Avetik İşxanyandır.

Ermənistan parlamentinin bugünkü iclasında keçmiş hakimiyyətin nümayəndələrinə deyilən sözlər Avetik İşxanyanın xətrinə dəyibmiş.

“Bu gün hakim partiyanın bəzi üzvləri keçmiş müdafiə naziri, Artsax müharibəsinin iştirakçısı Seyran Ohanyanı ələ salıb, aşağılayıblar. Ermənistanın ikinci prezidenti Robert Köçəryandan ”deşik ayaqqabıda gəzən adam” deyə bəhs ediblər. Onun prezidentliyi dövründə mən Robert Köçəryanı amansızcasına tənqid etdim, amma təsəvvür edə bilərəm ki, siz hamınız ona necə baş əyirdiniz. Yaxşı, amma müxalifətə qayıdaq. Mən, doğrudan, başa düşə bilmirəm ki, siz parlamentdə özünüzün alçaldılmasına, təhqir olunmasına necə dözürsünüz, daha sonra, onlarla necə xaricə ezamiyyətə gedib ünsiyyət qurursunuz? Onlar sizə həyasız sadistlər kimi yanaşırlar. Yaxşı, sən nəsən? “Konstruktiv mazoxist” rolunuzu bəyənirsiniz, yoxsa mandatlarınızdan, bonuslardan və xarici ezamiyyətlərdən imtina etmək istəmirsiniz”, - deyə, hüquq müdafiəçisi yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR