İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ordusunun əsgəri öldü - Ermənilər onun atışmada həlak olduğunu bildirir

1005 19.06.2022 15:04 Region A A

Ermənistan ordusunda itki baş verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisə bir gün əvvəl, iyunun 18-də Basarkeçər istiqamətində baş verib. Bu barədə Ermənistanın Vardenis Ağsaqqallar şurasının “Birləşmiş Vardenis” fraksiyasının rəhbəri David Şahnazaryan onun Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldüyünü söyləyib..

“...Atışma nəticəsində bir hərbi qulluqçu həlak olub. Hazırda sakitlikdir, atışma yoxdur”, - deyə o yerli mediaya müsahibəsində söyləyib.

Ermənistan saytları həlak olan hərçbinin kimliyini də açıqlayıb.

19 yaşlı Qraç Piliposyanraç Ermənistanın Araqatsotn rayonunun Byurakan kəndindən olub.

Xatırladaq ki, dünən Azərbaycan Respublikasının Müdafiə nazirliyinin məluatına görə, İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub. Xəbərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirlərinin görüldüyü bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR