İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ordusunun Baş qərargah rəisi işdən çıxarılacağı haqda xəbərləri şərh etmədi: “Eşitməmişəm...”

1435 26.06.2017 19:49 Region A A

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan İrəvanda jurnalistlərlə söhbəti zamanı təmas xəttində “gündəlik gərginliyin qaldığını” bildirib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Akopyan Azərbaycan Silahlı Qüvvələrinin ötən həftə keçirdiyi irimiqyaslı hərbi təlimlər barədə danışıb. Bu təlimləri “diqqətlə izlədiklərini və müvafiq nəticələr çıxardıqlarını” bildirib.

Movses Akopyan erməni KİV-lərində onun işdən azad ediləcəyinə dair yayılmış informasiyaları şərh etməyib. Jurnalistlərin bu haqda sualına “Eşitməmişəm” deyə cavab verib. Habelə general Movses Rusiyadan Azərbaycana yeni silahların gətirilməsinə şərh vermək istəməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR