İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ordusunda zabitlərin rüşvət almaları ilə əlaqədar ciddi yoxlamalar aparılır

307 06.05.2020 13:41 Son xəbər A A

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsindəki bölmələrdə xidmət edən zabitlərin tabeliklərindəki hərbi qulluqçulardan rüşvət tələb etmələri faktı aşkarlanıb.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, 10-cu dağ atıcı diviziyasının qərargah rəisinin və komandirin müavininin iştirakı ilə Ağdərə hərbi polis bölməsinin əməkdaşları tərəfindən 5-ci dağ atıcı alayın ehtiyat bölmələrində, həmçinin alayın döyüş mövqelərində yoxlamalara başlanıb. Artıq 50-dən çox gizirdən, müqavilə əsasında xidmət edən hərbi qulluqçudan və əsgərlərdən izahatlar alınıb.

Təsdiq edilmiş faktlarla bağlı cinayət işi açılıb və istintaq aparılır. Bir neçə zabitin həbs ediləcəyi gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR