İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ordusu qiyamçılara qoşulub - Manukyan

1474 27.02.2021 21:44 Gündəm A A

Ermənistan silahlı qüvvələrinin bölmələri komandirləri və şəxsi heyətilə Baş Qərargahın 25 fevral bəyanatını dəstəkləyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu ARF Daşnaksütyun partiyasının üzvü Geqam Manukyan 27 fevralda Baqramyan prospektində keçirilən mitinqdə bəyan edib. Manukyan əlavə edib ki, bu, ordunun birliyini, dövlətə və xalqa sədaqətini təsdiqləyir.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi Baş Qərargahın və digər qiyamçıların çağırışına fərqli reaksiya verərək, Nikol Paşinyanı müdafiə etmişdi. Ancaq görünür getdikcə qiyamçılar sıralarını genişləndirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR