Ermənistan Müdafiə Nazirliyi bir qrup hərbçinin nümayiş qoşulmasını kəskin şəkildə pisləyib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
"Bu cür hərəkətlər daxili proseslərdə ordunun neytrallığını kobud şəkildə pozur", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinə məxsus hərbi geyimdə olan bir qrup şəxs Yerevanda müxalifətin etiraz nümayişlərinə qoşulub. Nümayişçilərə qatılanlar iştirakları barədə şərh verməkdən imtina edirlər, sadəcə, bütün xalqla həmrəy olduqlarını deyirlər.






