İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan MSK-sı yekun nəticələri elan etdi

1067 16.12.2018 19:17 Region A A

Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Yekun qərara görə, Nikol Paşinyanın başçılıq etdiyi “Mənim addımım” bloku 88 mandat qazanıb. Bu mandatların tən yarısı reytinq sistemi nəticəsində əldə edilib. Beləliklə, “Mənim addımım”ın mandat sayı ümumi mandatların 83,8 faizini təşkil edir.

Ermənistan parlamentində ikinciliyi “Çiçəklənən Ermənistan” 26 mandatla qazanıb. Partiya 13 mandata reytinq səsverməsi ilə nail olub. Partiyanın lideri Qagik Sarukyan dəfələrlə Paşinyanı dəstəkləyib.

Baryeri keçən üçüncü partiya, Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” isə 18 mandata sahib olub.

Beləliklə, Paşinyan özünə yaxın, qərbyönümlü partiya ilə birlikdə 114 mandat əldə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR