1 mart qırğınlarının araşdırılması ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Armen Gevorkyan da Xüsusi İstintaq Komitəsinə dəvət edilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi İstintaq Komitəsinin mətbuat katibi Marina Ohancanyan deyib.
Qeyd edək ki, Gevorkyan 1 mart qırğınları zamanı Milli Təhlükəsizlik Şurasının rəhbəri olub. O, hazırda “Ardşinbank”a rəhbərlik edir.






