ERMƏNİSTAN MƏTBUATI QARABAĞIN BOŞALMASINDAN YAZIR
Xatırladaq ki, bu “seçkilərdə” qondarma “DQR”in rəhbəri, KQB agenti olan və vaxtilə Rusiya xüsusi xidmət orqanlarında işləyən Bako Saakyan qalib gəlib. Lakin Ermənistanda nəşr edilən müstəqil qəzetlər tamam fərqli mənzərədən bəhs edir. “Joqovurd” qəzetinin “seçkilərlə” bağlı Qarabağdan hazırladığı materialda deyilir ki, heç bir demokratiyadan və azad səsvermədən söhbət gedə bilməz. Çünki B.Saakyan Qarabağı konslagerə çevirib və orada fəaliyyət göstərən xəfiyyə-polis rejimi ermənilərin özlərini həbsxanadakı kimi hiss etməsinə səbəb olub.
Qəzet yazır ki, son illər Dağlıq Qarabağda əhalinin sayında ciddi azalma baş verməkdədir. “DQR hökumətinin” açıqladığı statistika reallığı əks etdirmir və əhali iş, dolanışıq dalınca Qarabağı tərk edir. 90-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində Ermənistan hökumətinin xüsusi proqramı əsasında bu ərazilərdə məskunlaşanların da bir çoxu Qarabağı tərk edib. Onlar əsasən Rusiyaya və Avropa ölkələrinə üz tutur. “Joqovurd” qəzeti ilə söhbətində Xankəndi ermənilərindən biri deyib ki, 90-cı illərin ortalarında, atəşkəsin əldə edilməsindən sonra Levon Ter-Petrosyanın başçılıq etdiyi hökumət Qarabağda məskunlaşma həyata keçirmişdisə indi bu ərazilər sürətlə boşalır. “Hələ Qukasyanın vaxtında müəyyən ümidlər var idi, o da çox şey eləmədi. Ancaq insanlar heç olmasa özlərini azad hiss edə bilirdilər, indi bu KQB tulası bizi koloniyaya çevirib”, - deyə Xankəndi ermənisi B.Saakyanı nəzərdə tutaraq bildirib. O əlavə edib ki, Qarabağda müharibə gedəndə erməniləri özlərini indikindən daha azad hiss edirdilər. Qəzetin söhbətləşdiyi ermənilər şikayətləniblər ki, Qarabağda biznes imkanı yoxdur, hər şeyi Saakyan və adamları ələ keçirir. Bütün biznes sahələri onun adamlarının nəzarətindədir.
Erməni KİV-lərində yer alan digər məlumata görə, əslən Dağlıq Qarabağdan olan məşhur kinorejissor, hazırda Ukraynada yaşayan Roman Balayan da Qarabağın boşalmasından narahatlığını ifadə edib. Bildirilir ki, Balayan Ağdərə rayonunun Yuxarı Orataq kəndində doğulub. O, “Armenpress”ə açıqlamasında deyib ki, hər il mütləq Qarabağa gedir, anasının qəbrinə baş çəkir, qohumları ilə görüşür. “Lakin hər dəfə gedib qayıdanda məndə həyəcan hissələri güclənir. Məni Dağlıq Qarabağın gələcəyi ilə bağlı qorxu hissləri bürüyür”, - deyə erməni rejissor bildirib. Balayan Dağlıq Qarabağın boşalmasından, kəndlərdə qalanların əksəriyyətinin yaşlılar olmasından narahatlıq ifadə edib.
Erməni saytlarında vaxtaşırı olaraq Dağlıq Qarabağın kəndlərindən reportajlar verilir və oradan məlum olur ki, kəndlərin əksəriyyəti boşdur. Gənclərin əksəriyyəti iş dalınca Rusiyaya gedib, qalanlar ancaq qocalardır. Onlar da qəpik-quruş pensiyaları və uşaqlarının göndərdiyi pullar hesabına yaşayır. Məsələn, bu günlərdə Ağdərə rayonunun kəndlərindən birindən hazırlanmış reportajdan məlum olurdu ki, kənddə cəmi 10-15 evdə yaşayış var, onların sakinləri isə yaşları 70-i ötmüş qocalardır. Ötən həftəki “seçkilər” zamanı “DQR mərkəzi seçki komissiyası” seçicilərin sayının 100 minə yaxın olduğunu göstərib, qondarma rejimin statistikasına görə hazırda Qarabağda 145 min erməni yaşayır. Lakin bu rəqəmlər saxtadır və əhali kimi göstərilənlərin əslində yarıdan çoxu işğalçı əsgərlərdir. Belə ki, hələ münaqişə başlamamışdan əvvəl Dağlıq Qarabağdakı erməni əhalisinin sayı 80-90 mindən çox deyildi. Münaqişə zamanı ermənilərin bir hissəsi bu əraziləri tərk edib, sonradan Ermənistan işğal altındakı ərazilərdə qanunsuz məskunlaşma apararaq 15-20 minə qədər ermənini ora yerləşdirib. Ancaq qanunsuz məskunlaşdırılanların bir hissəsi işsizlik və dolanışıq problemlərinə görə Qarabağı tərk edib. ATƏT missiyasının və digər mənbələrin məlumatlarına əsasən Qarabağdakı mülki erməni əhalisinin sayı hazırda 60-70 mindən çox deyil.