İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Mərkəz Bankının qarşısında aksiya keçirildi

623 12.05.2020 18:58 Region A A

Ermənistan Mərkəzi Bankının binası qarşısında maliyyə qurumunun fəaliyyətinə etiraz olaraq aksiya keçirilib.

“Report” “Armenpress”ə istinadən xəbər verir ki, onlar bankın nümayəndəsi ilə görüş tələb ediblər.

Polis əməkdaşı aksiya iştirakçılarından birinin binaya keçərək Mərkəzi Bankın nümayəndəsi ilə görüşməyi təklif edib. Ancaq iştirakçılar görüşdən imtina ediblər.

Aksiyaçılar bankın nümayəndəsininin onlarla görüşə çıxmasını tələb ediblər.

Bundan sonra polis etirazçıları aksiyanı dayandırmağa çağırıb. Asayiş keşikçiləri bildiriblər ki, komendantın qərarı ilə aksiyaya icazə verilməyib və onlar məsafəni qorumalıdır. Ancaq etirazçılar aksiya keçirmədiklərini və bankın nümayəndəsi ilə görüşmək istədiklərini bildiriblər.

Ermənistan polis rəisinin müavini Edqar Canoyan deyib ki, 2 nəfər mərkəzi polis bölməsinə aparılıb. Onlar polis əməkdaşının qanuni tələblərinə əməl etməməkdə ittiham olunurlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR