İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Konstitusiyasında cəmiyyəti narahat edən suallara cavab yoxdur - Dilanyan

715 05.07.2024 17:21 Son xəbər A A

“Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl Konstitusiya Günü münasibətilə müraciətində yeni fundamental qanunun hazırlanmasının zəruriliyini bəyan edib. Ermənistan Konstitusiyasında cəmiyyəti narahat edən bütün suallara birbaşa cavablar yoxdur”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin rəhbəri Arman Dilanyanın Konstitusiya Günü münasibətilə müraciətində deyilir.

“Mövcud olduğu 30 ilə yaxın müddətdə əsas qanun dövlətin təşəkkülü və möhkəmlənməsi ilə paralel olaraq inkişaf edib, islahatlara məruz qalıb. Konstitusiya islahatları o zaman həqiqətən səmərəli olur ki, siyasi aktorlar arasında konsensusdan əlavə, onların cəmiyyət tərəfindən dəstəyi də təsdiqlənsin”, - deyə Dilanyan qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə müraciətində yeni fundamental qanunun hazırlanmasının zəruriliyini bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR