İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan iqtidarında qatı Rusiya əleyhdarı KTMT-nin iclasında iştirak edəcək

656 07.06.2023 14:09 Region A A


Bu gün KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçirilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, iclasda KTMT-dən daim narazılığını dilə gətirən və tənqid edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edəcək.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Təhlükəsizlik Şurasının katibi baş nazir Nikol Paşinyanın qərarı ilə iyunun 7-8-də Minskdə olacaq.

“Maraqlıdır ki, Armen Qriqoryan bəlkə də, hökumətin ən anti-Rusiya əhval-ruhiyyəli təmsilçisi hesab olunur. O, KTMT-dən çıxmaq çağırışlarına qədər daim KTMT-nin ünvanına kifayət qədər sərt tənqidlər səsləndirib”,-deyə yerli “Joxovurd” qəzeti yazır.

Qəzetin yazdığına görə, Armen Qriqoryan həm də “Rusiya Federasiyasının Ermənistanı “Rusiya və Belarus İttifaq Dövləti”nə qoşulmağa məcbur etməsi” tezisinin müəllifi olub.

Daha sonra Nikol Paşinyan onun sözlərini düzəltməyə çalışaraq, heç bir təzyiqdən söhbət getmədiyni söyləməyə məcbur qalmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR