İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan hökuməti uğursuzluğa məhkumdur” – erməni iqtisadçı

1325 26.07.2014 00:59 Region A A
“Ovik Abramyanın yeni hökuməti lap başlanğıcdan uğursuzluğa məhkumdur: problem bütövlükdə sistemdədir”. Musavat.com-un erməni KİV-ə istinaədn verdiyi məlumata görə, bunu müxalifətçi Erməni Milli Konqresinin üzvü, İrəvanın sabiq meri, iqtisadçı Vaaqn Xaçatryan baş nazir Abramyanın 100 günlük fəaliyyətini şərh edərkən söyləyib.

“Bizim üçün heç bir yeni təyinat Ermənistan vətəndaşlarının həyatında dəyişiklik anlamına gəlmir, nəinki ölkənin iqtisadiyyatında. İlk öncə sistemin özü dəyişdirilməlidir. Bu 100 gündə də heç bir dəyişikliyin baş vermədiyi hamıya aydındır”, - deyə müxalifətli qeyd edib.

Onun sözlərinə görə, rəqabətin, insan hüquq və azadlıqlarının olmadığı, korrupsiyanın mövcud olduğu ölkədə iqtisadi və siyasi baxımdan heç nə dəyişə bilməz. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR