Ermənistan hökuməti Əsəd rejiminə bir təyyarə dolusu silah göndərdi - Fotofakt
Ermənistan hakimiyyətinin Suriya diktatoru Bəşər Əsədə və bu ölkədəki İran döyüşçülərinə yardım göndərdiyi üzə çıxıb.
Avropa.info Türkiyədəki mənbələrə istinadən xəbər verir ki, iki gün bundan öncə Ermənistandan göndərilən içərisində ərzaq və silah olan bir təyyarə Laziqiyyə şəhərinin Basil əl-Əsəd hava limanına enib.
Ermənistandan göndərilən yardım adıçəkilən hava limanında Rusiyaya aid avtomobillərə yüklənib.
Qeyd edək ki, Ermənistan hakimiyyətinin Suriya münaqişəsində Əsəd rejimini müdafiə etməsi heç kəsə gizlin deyil.
Bundan başqa Ermənistan hakimiyyəti Suriyanın Laziqiyyə, Kəsəb və bir çox bölgəsindəki erməniləri işğal altındakı Azərbaycan torpağı olan Dağlıq Qarabağa yerləşdirdiyi faktlarla sübut olunub.
Xatırladaq ki, iki il öncə Əsəd rejiminə silah daşıyan Ermənistanın kargo təyyarəsi Ərzurum hava limanına Türkiyə tərəfindən zorla endirilmişdi.






