İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hakimiyyətindəki yeganə “türk” – İrəvanda faşizm isteriyası qızışır

6140 03.05.2022 13:10 Yazarlar A A

Azərbaycan Prezidenti deyəndə ki, “biz 44 günlük müharibədə erməni faşizminin başını əzmişik, lakin Ermənistanda faşizm meylləri qalır”, bədxah qonşular bu sözləri nədənsə özlərinə təhqir hesab edir. Bütöv bir xalqı faşizmdə suçladığımızı bildirirlər. Hətta belə ifadələrə görə Azərbaycanı ermənifobiyada suçlayırlar. “Oğru elə bağırdı ki...” məsəli.

Yaxşı, bəs 30 ildə ərazimizdə daşı-daşı üstdə saxlamayan, dini-mədəni irsimizi, məscidlərimizi yerlə-yeksan edən, təhqirə məruz qoyan, ölülərimizin qızıl dişlərini belə çıxaran, etnik təmizləmələr, soyqırımlar törədən ikiayaqlı vəhşiləri hansı analar doğub? İrəvanın mərkəzində nasist əlaltısı Njdenin heykəlini ümummilli ziyarəti və sitayiş məkanına çevirən hansı millətdir görəsən, şamanlar, yoxsa? O Njde ki, onun əsas şüarları “Dünyadakı axırıncı Türk lal, kar, kor da olsa öldürülməlidir!”, “Hər günümüz Türklə mübarizədə keçməlidir!” idi...

Belə bir yaramaz, anti-insani, ultra-millətçi ideologiyaya tapınmış bir toplumu əqli cəhətcə sağlam hesab eləmək mümkünmü? Heç təsadüfi deyil ki, neçə gündür İrəvanda hökumət əleyhinə keçirilən etiraz aksiyalarının əsas şüarlardan biri elə budur: “Türksüz Ermənistan!”

Zavallı millət, qədim Türk yurdu Ermənistanda bəyəm türk qalıb ki. Ancaq bununla ağ günə çıxdınızmı, rifaha qovuşdunuzmu? Monoetnik ölkəyə çevrilməklə sayınız artdımı? Yeri gəlmişkən, təkcə elə bu monoetnik dövlət olmaq faktı kifayətdir ki, ermənilər faşizm yarlığını haqq eləsinlər. Ukraynanın, benderlərin adı çıxıb deyəsən. Əsl faşizm böyrümüzdə, Ermənistanda!..

Ən ibrətamizi odur ki, ermənilərin xoşbəxtliyi məhz elə nifrət püskürdükləri Türk soyuna, qonşu Azərbaycana, Türkiyəyə bağlıdır, rusa, fransıza, amerikalıya, farsa yox! Bədbəxtlər iki əsrdir bu bəsit həqiqəti anlamaq istəmirlər. “Miatsum” virusu, uydurma “böyüklük” və “qədimlik” mərəzi qoymur.

Bir azca Nikol Paşinyan acı həqiqət üzərindəki pərdəni qaldırmaq istədi, onu da dərhal “türk” elan elədilər. İşə bax, Ermənistanda, onun hakimiyyətində yeganə “türk” Nikol imiş! Beləcə, bu ölkədə “satqın” sözü ilə “türk” sözü eyni anlamdadır, sinonim sayılır, təsəvvür edirsiz?!

Bunu da yada salmağın yeri var. Xocalı hərbi canisi, vaxtilə Ermənistan prezidenti qismində Avropa Şurasının tribunasından çıxış edərkən torpaqlarımızın işğalına, etnik təmizləmələrə və soyqırımlarına haqq qazandıraraq demişdi ki, azərbaycanlılarla ermənilər genetik olan birgə yaşaya bilməz.

Faşistin buynuzu, quyruğu-zadı olmur ki...

Zahid SƏFƏROĞLU


Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR