İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan hakimiyyəti vəziyyətin nəzarətdən çıxacağından qorxur” - deputat

569 19.03.2020 14:20 Ölkə A A

“Ermənistan rəhbərliyi cənab İlham Əliyevin Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni parlamentdəki çıxışından çox böyük narahatlıq keçirib və hətta Xarici İşlər Nazirliyi bunula bağlı absurd bir bəyanat da verib”.

Millət vəkili, politoloq Arzu Nağıyev bu fikirləri Musavat.com-a açıqlaması zamanı söylədi. Deputat qeyd etdi ki, cənab İlham Əliyevin bir sıra saxta xəritələrlə bağlı Avropadakı görüşlərində dedikləri ermənliri təşvişə sqlıb: “Cənab Prezidentin miqrant və qaçqınların Avropada müxtəlif təzyiqlərə məruz qalması barədə sadalaqıqları faktlar da nəyə görəsə erməniləri narahat edir”.

A.Nağıyev bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın daxili və xarici siyasətində prioritet istiqamət kimi qalmaqdadır: “Bu, bir daha parlamentdə müzakirələr vaxtı öz əksini tapdı. Bununla əlaqədar Milli Məclisdə hətta Qarabağ komitəsinin yaradılması və dinləmələrin keçirilməsi təklifləri də sələnir. Yəqin ki, bunla bağlı müvafiq addımlar da atıla bilər”.Qarabağdakı qondarma qurumun keçirmək istədiyi saxta “seçkilər”ə gəldikdə, millət vəkili qeyd etdi ki, artıq Ermənistanda və qondarma qurumda da “seçkilərin” keçirilməsinin əleyhinə çıxışlar səslənməkdədir: “Yəni bəziləri bunun perspektivsiz bir iş olduğunu dərk edirlər. Bundan başqa, aprelin 5-də Ermənistanda konstitusiyaya dəyişiklərlə bağlı referendumun keçirilməsi də etirazlarla qarşılanır. Bunu son vaxtlar yayılan və sürətlə genişlənən epidemiya ilə izah etsələr də, əsas məsələ siyasi tərəfdir. Bir sözlə, Ermənistan hakimiyyəti vəziyyətin nəzarətdən çıxacağında qorxur. Dəfələrlə qeyd edildiyi situasiyanın belə dəyişməsi, regionda baş verən hadislər Azərbaycanın öz torpaqlarını azad edəcəyi ilə nəticələnə biləcəyindən xəbər verir”.

A.Nağıyev qeyd etdi ki, Naxçıvan və Qazaxla sərhədddə baş verənlər də ermənilərin köhnə metod kimi istifadə etmək istədiyi cəhddir: “Onlar üçüncü tərəfin, yəni Rusiyanın KTMT üzvü kimi müdaxiləsinə çalışırlar”.

Elşad
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR