Azərbaycanın haqq savaşı artıq öz məntiqi sonluğuna yaxnlaşmaqdadır. Müzəffər Ordumuz Qarabağın işğaldan azad edilməsi üçün həyata keçirdiyi əks-hücum əməliyyatları Şuşa yaxınlığında davam etdirir. Əlbəttə, ən yaxın zamanda Azərbaycanın böyük qələbəsənin də şahidi olacağıq.
Eyni zamanda Azərbaycan diplomatik müstəvidə, eyni zamanda informasiya savaşında da Ermənistanı yenib. Baxmayaraq ki, dünyada yüzlərlə qərəzli, erməni lobbisinin təsirində olan media qurmları var, Azərbaycan tərəfi həqiqətləri dünyaya çatdırmaqda hansısa bir çətinlik çəkmir. 40 gündür davam edən müharibədə bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Bu müddət ərzində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəxsən özü onlarla nüfuzlu xarici media orqanına müsahibələr verib, canlı efirlərdə Azərbaycanın bu savaşda haqlı tərəf olduğunu, yalnız öz doğma torpaqlarını işaldan azad etdiyini dünyaya duyurub. Eyni zamanda bir sıra rəsmilər, bütövlükdə Azərbaycan mediası, informasiya savaşının öncülləri dünyadakı indiyədək doğru-dürüst məlumatlara malik olmayan insanların da əhəmiyyətli hissəsinə əslində Qarabağda nə baş verdiyini anlada biliblər.
Ermənilər isə normal insan ağlına sığmayacaq tərz sərgiləyir: bütün diplomatiyaları, informasiya siyasətləri yalan, dezinformasiyalar üzərində qurulub. Məğlub olmaları, haqsızlıqları, işğalçılıqları sübut olunmaqla yanaşı, özlərini fake-xəbər istehsalçısı kimi dünyaya tanıtmaqda davam edirlər.
Erməni lobbisi, Ermənistan hakimiyyəti və onların təbliğatçıları informasiya savaşında artıq uduzurlar, odur ki, əsl həqiqətləri yazan, çatdıran xarici media orqanlarına qarşı eybəcər hücuma keçiblər. He şübhəsiz ki, bu təlimat onlara Nikol Paşinyandan, Ermənistan iqtidarından gəlib. Çünki Azərbaycan Prezidentinin müsahibələrini dərc edən müdia orqanlarının sosial şəbəkə səhifələrində yazdıqları təhdid mesajları təxminən eyni tezislərdən ibarətdir. Bu da onu deməyə əsas verir ki, bu məsələ eyni mərkəzdən idarə olunur, ermənilər Azərbaycan həqiqətlərini yazan media orqanlarını nəinki mənəvi terrora məruz qoyurlar, birbaşa qəsdlər törətməklə təhdid etməyə başlayıblar.
Biz bunun nümunələrini ABŞ-ın “Nyu York Times” portalında, daha sonra Frasanın TF1 telekanalının əməkdaşlarının məqalə və müsahibələrindən sonra gördük. Əslində, həmin media orqanları qətiyyən Azərbaycanın tərəfindən çıxış etməmişdilər. Sadəcə, bacardıqları qədər, fakt qarşısnda qalaraq obyektiv adlandıra biləcəyimiz mövqe sərgiləmişdilər. Ondan əvvəl is ə - Dağlıq Qarabağda müharibə yeni başlayanda “Liberation” qəzetinin jurnalistləri də Qarabağa dair yazılarına görə erməni lobbisi tərəfindən ölüm hədələri almişdilar.
Habelə, yalnız Qarabağ məsələsində obyektiv mövqe tutan jurnalistlər deyil, ictimai-siyasi xadimlər də ermənilərin hədələri, terror təhdidləri ilə üzləşiblər. Məsələn, Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvü, deputat Jerom Lamber ölkədə yaşayan ermənilər tərəfindən sosial şəbəkələrdə ölümlə hədələnib. Ona yazmışdılar ki, Azərbaycanı dəstəkləməkdə davam edərsə, öldürüləcək.
Bir neçə gün əvvəl Azərbaycan Prezidentindən müsahibə götürən İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqirlərinə, hədələrinə məruz qalır.
![]()
İtalayadakı erməni lobbisinin səhifəsində Peitro Del Reyə qarşı bir kampaniya başlayıb və onun ardınca ermənilər ən ağır cinayətlər törətməklə hədələr yağdırırlar.
![]()
O qədər mənəvi aşınmaya məruz qalıblar ki, İtaliya mediasını İslamçı olmaqda suçlayırlar...
![]()
Və ən qorxulusu, sosial şəbəkələrdə ermənilər bu media orqanına qarşı sözün əsl mənasında terror təhdidləri edirlər. Məsələn, ermənilər İtaliyadakı təbliğat səhifəsində haştaq açaraq yazıblar ki, "İtaliyadakı Azərbaycan səfirliyinə dua edək". Şərhlərdə ermənilər bu "duanın" hücum anlayışı daşıdığına işarə veriblər...
![]()
Ermənilərin bu cür eybəcər davranışları, qorxunc tədidləri ilə bağlı Azərbaycan dövləti beynəlxalq ictimaiyyətə müraciət edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb ki, azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq. O, beynəlxalq qurumların, müvafiq strukturların diqqətini bu məsələyə cəlb edib. ““Beynəlxalq Sərhədsiz Repartyorlar” təşkilatını və ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsini Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə, mediaya qarşı fiziki, şifahi təhdidləri, təhqiramiz şəxsi hücumları qınamağa çağırırıq. İfadə azadlığına hörmət edilməlidir” – deyə, o qeyd edib.
Bütün bu baş verənlər Ermənistan hakimiyyətinin, erməni lobbisinin terrorçu, faşist düşüncəli və diktator mahiyyətini ir daha ortaya qoyur. Dünya diqqət etməli, görməlidir ki, Ermənistan dövlət olaraq hansı siyasəti yürüdür və dünyanın nüfuzlu mediao orqanları sadəcə azad sözə görə terrorla təhdid edir. Bunu törətməyəcəklərinə isə təminat yoxdur. Çünki biz ötənlərdə ASALA-nın timsalında ermənilərin hətta səfirliklərə qarşı terror törətmələrinin şahidi olmuşuq. Bir faktı da xüsusi olaraq diqqətə çatdıraq ki, ermənilər ötən ay Niderlandda Azərbaycan səfirliyi qarşısında aksiya keçirərkən onların arasında terrorçu təşkilat kimi tanınan ASALA-nın rəmzi əks olunan köynəkdə görüntülənmişdi...
![]()
Beynəlxalq aləm artıq bunların fərqində olmalı və diqqətə almalıdır, Ermənistanı, erməni lobbi təşkilatlarını ciddi tənbeh etməlidir.
Elşad MƏMMƏDLİ
“Yeni Müsavat”






