İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan böyük fəlakətə yaxınlaşır” - Rusiyanın adamı hədələdi: “Paşinyan təcili getməlidir...”

972 07.06.2020 17:26 Dünya A A

Ermənistanda koronaviris epidemiyası gündən-günə daha fəlakətli miqyas almaqdadır. Bu gün Baş nazir Nikol Paşinyan yoluxucu xəstələrin sayının 100 mini ötə biləcəyini bildirib.

“Datoloji analiz göstərir ki, hazırda Ermənistanda 100 mindən çox yoluxmuş insan var” – Paşinyan deyib.

Mövcud durumu cəhənnəmlə müqayisə edən Baş nazir faktiki situasiyanın nəzarətdən çıxdığını da etiraf edib. Bunun ən bariz təzahürü isə ölkədə kritik vəziyyətdə olan infeksion xəstələr üçün kəskin çarpayı çatışmazlığı sayıla bilər.

Armenia: Coronavirus death toll reaches 12 - Report.az

Xatırladaq ki, Ermənistan Güney Qafqazda yoluxma sayı 10 mini (13 130) keçmiş yeganə ölkədir. Hətta Paşinyan və ailə üzvləri də Covid-19-a yoluxub.
Bu arada Ermənistanın ilk prezidenti (1991-1998) Levon Ter-Petrosyan Nikol Paşinyana dəstək ifadə edib. Eks-prezidentin bildirib ki, koronavirus Ermənistana müharibə elan edib və bu müharibənin bütün ağırlığı Ermənistan rəhbərliyinin üzərinə düşdüyündən, kim Paşinyana qarşı mübarizə aparırsa, o, bilərəkdən və ya bilməyərəkdən xalqa xəyanət edir.

“Müharibə dövründə ölkə daxili siyasi mübarizə dəlilik əlamətidir və belə mübarizəyə heç bir halda haqq qazandırmaq olmaz”.

Qarabağ üçün mərhələli həll planı – nəbz yoxlanışı, yoxsa... » Siam.az

Ter-Petosyan

Bunu da Ter-Petosyan söyləyib.

*****

Əslində, eks-prezident bununla keçmiş silahdaşı Nikol Paşinyanın müdafiəsindən daha çox ölkədə əks-inqilab üçün fürsət gözləyən qüvvələrin əleyhinə çıxıb. Həmin qüvvələr isə təkcə iki il öncə inqilab yolu ilə devrilmiş “Qarabağ klanı”ndan ibarət deyil – hansı ki, 1998-ci ildə Moskvanın dəstəyi ilə elə Ter-Petrosyanın özünü zorla hakimiyyətdən uzaqlaşdırmışdı. Nikol Paşinyana qarşı fəallaşan qüvvələr arasında yeni, lakin yenə Moskvaya bağlı qüvvələrə də var. Hər necə olmasa, Paşinyan Ter-Petrosyana “bir köynək” yaxındır.

Lakin gerçək belədir ki, Ermənistanda köhnə-yeni müxalifət ağır pandemiya şəraitini ciddi cəhdlə Paşinyana qarşı çevirməyə və onu bitirməyə çalışır. Əsas motiv isə Baş nazir və komandasının infeksiya ilə mübarizədə effektli tədbirlər görə bilməməsi, nəticədə bölgənin əhali sayı və ərazisinə görə ən kiçik ölkəsində virusun qonşu ölkələrlə müqayisədə ən çox tüğyan eləməsi ilə bağlıdır.

Məsələn, Serj Sərkisyanın Respublika Partiyasının yetkililərindən biri, parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov Ermənistanda indiki ağır vəziyyətə görə yeganə cavabdeh şəxsin Nikol Paşinyan olduğunu söyləyib.

Musavat.com-un məlumatına görə, bu barədə o, “168 am”a müsahibəsində deyib.

Şarmazanovun sözlərinə görə, şəxsən Ermənistan rəhbərinin özü xalqa pis nümunə göstərir.

Paşinyan xarici agentlərin kim olduğu barədə adlar açıqlamalıdır ...

Eduard Şarmazanov

“Biz ona mitinqi keçirəndə dedik ki, qadağandır. Ancaq Paşinyan heç kəsi eşitmədi. Pandemiyanın ən pik nöqtəsində, alış-veriş mərkəzlərini maska ​​və əlcəksiz gəzdi, üstəgəl, insanlarla selfi çəkdi. Ölkəni idarə etmək poeziya dərsi deyil, dostum. MƏn boş və lüzumsuz “canlı yayım”larla məşğul olmamaq üçün Nikol Paşinyanın internetini bağlamaq xahişi ilə mobil operatorlarımıza müraciət etmək istərdim. Digər xalqların bəxti gətirib. Onların böhran əleyhinə effektiv idarəetmə ilə məşğul olan normal hökumətləri və liderləri var”, - deyə, o qeyd edib.

Şarmazanovun fikrincə, problem Nikola Paşinyanın şüuru ilə bağlıdır. “Bir insanın məqsədi və prioriteti öz xalqının problemini həll etmək yox, reytinqini qorumaq və sosial şəbəkələrdə “layk” toplamaqdırsa, elə olmalı olan da baş verir”, – sabiq vitse-spiker əlavə edib.

*****

Öz növbəsində Ermənistanın Təhlükəsizlik Xidmətinin sabiq direktoru, Nikol Paşinyanla siyasi ixtilaf səbəbindən istefa vermiş və təzəlikcə “Vətən” partiyası yaratmış, Moskvanın adamı və Paşinyana qarşı alternativlərindən sayılan general Artur Vanetsyan deyir ki, Ermənistana qarşı təhdidlər getdikcə böyüyən qar topası kimi böyüyür və bunun da əsas günahkarı hazırkı hakimiyyətdir.

Former NSS Director Artur Vanetsyan questioned by investigators ...

Artur Vanetsyan

“Bunu artıq hər kəs görür və hiss edir. Mən daim insanlarla görüşürəm. Çox fərqli insanlarla görüşürəm, müxtəlif formatlarda müzakirələr aparıram. Bu günlərdə müzakirələrimizin əsas mövzusu ölkədəki mövcud vəziyyətdir. Çox narahatıq, çox. Belə davam edə bilməz”, - Vanetsyan söyləyib.

Sözünə davam edən eks-kəşfiyyat xidmətinin rəhbəri bildirib:

“İcazə verin, sizə bir neçə sadə sual verim. Ətrafımızdakı bütün ölkələrə, onların hökumətlərinin hərəkətlərinə, virusun yayılma templərinin azalmasına baxdıqda və bunları Ermənistanla müqayisə etdikdə nə düşünürsünüz? Nə haqda düşünürüsünüz oxuyanda ki, epidemiyanı dəf etmiş ölkələr artıq turizmin inkişafı, beynəlxalq maliyyələrin cəlb olunması yönünə iqtisadi layihələrlə bağlı planları müzakirə edir və bunu Ermənistanı yaxın aylarda gözləyən perspektivlə müqayisə edəndə ağlınıza nə gəlir? Bəs bir çox ölkələrin hökumətlərinin və cəmiyyətlərinin yumruq kimi bir araya gəlib bir olmalarını və epidemiyanın ölümcül dalğası ilə mübarizəyə başladığını görəndə xəyali olaraq nə düşünürsən? Acınacaqlıdır. Çox acınacaqlıdır. Biz böyük fəlakətə yaxınlaşırıq”.

Vanetsyan Paşinyanı hədələməkdən də çəkinməyib:

Paşinyan və Vanetsyan razılaşdırılmış şəkildə oynayırlar?

“Əgər biz indi də ciddiləşməsək və real addım atmasaq, sonra daha betər olacaq. Bu hökumət epidemiya ilə mübarizəni batırıb və dünəndən getməlidir. Bu məsələni qısa zamanda həll etməyincə, daha dərin böhranı və çox sayda yeni ölümləri gözləməliyik. Bu hökumətin yalnız belə qabiliyyəti var. Hökumətin kortəbii siyasəti nəticəsində Ermənistana investisiya yatırımı nəinki sıfıra düşüb, həm də çox uzun müddətə heç bir ağlı başında olan investor biz tərəfə heç baxmayacaq da. Bu iqtidar artıq necə bir fəlakətlə üz-üzə olduğumuzu və fərqli bir qərarın lazım olduğunu başa düşə bilmir. Hətta heç nə etməsəydik, indi vəziyyət daha yaxşı olardı. Bunlar nə edirlərsə, vəziyyəti daha da pisləşdirir. Artıq vaxt yoxdur. Hökumət istefa verməli, Baş nazir getməlidir. Və bu məsələdə biz istənilən siyasi güclə və xadimlə müttəfiqik. Artıq gözləyə bilmərik”.

İstənilən güc və xadim dedikdə isə, Vanetsyan yəqin ki, ilk növbədə daxildəki Paşinyandan narazı revanşist qüvvələri və Kremlin dəstəyini nəzərdə tutur. Bir şey dəqiqidir ki, düşmən ölkədə növbəti böyük siyasi təlatüm gözlənilir. Pandemiyanın onu daha qabarıq və amansız edəcək...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR