İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Baş qərargahının rəisi öz vətəndaşları ilə görüşməkdən qaçdı

518 24.04.2023 14:49 Region A A

“Mən hərbçiyəm, əmr alıram, yerinə yetirirəm”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər aprelin 24-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Əsriyan tərəfidən səslənib. Erməni general Azat kəndində baş verən yanğında ölən əsgərlərin valideynləri ilə yenə görüşməkdən imtina edib.

Tsitsernakaberd Memorial Kompleksində erməni generalı əhatəyə alan Jurnalistlər ona ölənlərin də əsgər olduqlarını xatırladıblar.

“Onlar mənim əsgərlərimdir, siz “özbaşınalıq”dan danışa bilməzsiniz, siz hakim deyilsiniz. Fəaliyyətimin harada başlayıb, harada bitdiyini, günün hansı saatında başladığını, nə vaxt bitdiyini bilmirsiniz”,-deyə Əsriyan buna da qəribə cavab verib.

Xatırladaq ki, bu ilin yanvarın 19-na keçən gecə Geqarkunik rayonunun azat kəndində yerləşən hərbi hissədə baş verən yanğın nəticəsində 15 erməni əsgəri ölüb. İstintaqın məlumatına görə, yanğına səbəb sobanı benzinlə yandırmağa çalışan kapitanın ehtiyatsız hərəkətləri olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR