İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan baş nazirinin Gürcüstana qəfil səfəri siyasi və iqtisadi səbəblərlə bağlıdır” - erməni ekspertlər

862 18.01.2019 19:03 Region A A

Ermənistanın baş naziri Nikol Paşinyanın yanvarın 15-də Gürcüstana etdiyi qeyri-formal səfər və gürcü həmkarı Mamuki Baxtadze ilə görüşünün formatı diqqət cəlb edib.

Ermənistan tərəfi görüşlə bağlı yalnız ümumi sözlərlə təsvir olunan qısa məlumatla kifayətlənib.

Gürcü politoloqu Zaal Ancaparidzenin fikrincə, iki baş nazir əsasən iqtisadi məsələləri müzakirə ediblər.

Erməni mətbuatına danışan Z. Ancaparidze əsas problemin buğda nəqli olduğunu söyləyib. Belə ki, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasından sonra Gürcüstanla aparılan Cenevrə danışıqları çərçivəsində yeni nəqliyyat dəhlizlərinin açılması gözlənilir. Bu isə Ermənistanın yük həcminin artırılması üçün olduqca önəmlidir.

Z.Ancaperidze Rusiyanın Ermənistana verilən təbii qazın qiymətinin artırması və Yuxarı Lars məntəqəsi məsələsinin də müzakirə oluna biləcəyini bildirib.

Erməni politoloqu, Qlobalizasiya və regional əməkdaşlıq üzrə analitik mərkəzin direktoru Stepan Qriqoryan səfərin əsas səbəbinin Avrasiya iqtisadi ittifaqında yeni tətbiq olunan qaydaları göstərib. Həmin qaydalara əsasən Gürcüstandan gətirilən avtomobillərə yüksək vergi qoyulacaq. Bu isə Ermənistanda bu sahədə çalışan minlərlə adamın ağır vəziyyətə düşməsinə gətirib çıxaracaq.

“Yeni qaydalar Ermənistanın İran və Gürcüstanla münasibətlərinə də ziyan vurur. Onsuz da heç kim Avrasiya İttifaqından bir xeyir görmür”,- deyə Stepan Qriqoryan bildirib.

Qafqaz instititunun direktoru Aleksandr İsgəndəryan isə Ermənistan baş nazirinin səfərində heç bir fövqaladə səbəb görmədiyini açıqlayıb Onun fikrincə, Ermənistan sadəcə illər boyu yürütdüyü komplementarizm (qlobal və regional güclərin maraqları arasında balansın qorunması-red.) siyasətini həyata keçirir. “Qərb bizim həddən artıq ruspərəst, Rusiya isə qərbpərəst olduğumuz düşünür. Buna görə də bu cür konsensus siyasəti indi də davam etdirilir”,-deyə A.İsgəndəryan iddia edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR