İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Azərbaycana qarşı iddia qaldırdı-növbəti həyasızlıq  

2147 26.04.2023 14:32 Region A A

Ermənistan növbəti dədə Haaqa Beynəlxalq Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, səbəb absurddur, iddiada Bakının Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırmasından (!) bəhs edilib.

Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəliyinin mətbuat katibi Hasmik Samvelyan bu barədə yerli mediaya açıqlama versə də, Ermənistanın beynəlxalq müqavilələrin hansı bəndləri və hansı tələblərlə beynəlxalq məhkəməyə müraciət etdiyini açıqlamayıb.

P.S.Görünən budur ki, Ermənistan istinad etməyə konkret bənd tapa bilməyib, çünki hər bir ölkənin özünün giriş-çıxış sərhədlərində nəzarət-buraxılış məntəqəsi qurmaq kimi, müstəsna hüququ var, o cümlədən Azərbaycanın.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR