İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərlə oynayardınızmı?

1499 09.11.2013 08:29 Ölkə A A


Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının Ermənistandakı tədbirdə ermənilərlə rəqs etməsi fərqli mövqelərə səbəb olub. “Yeni Müsavat” cəmiyyətdə tanınan digər şəxslərin də bu məsələyə mövqeyin öyrənib. Bəs  onlar erməni ilə rəqs edərlərmi?
Media eksperti Zeynal Məmmədli oynamağı bacarsaydı burada bor problem görmür:


 “Mən oynamağı bacarmıram. Bacarmadığım üçün də oynamıram. Amma bacarsaydım oynayardım. Hər hansısa bir məclisdə qaraqabaq durmaq lazım deyil. İnsan oynayanda kiminlə oynadığına baxmır. Onlarla oynamaq yaxşıdır, ya pisdir mövzusunu 21-ci əsrdə müzakirəyə qoymaq özü üz qaraldıcı bir haldır. Bura döyüş cəbhəsi deyil. Döyüş cəbhəsində döyüş borcunu yerinə yetirirsən. Ancaq bu halda dinc bir şəraitdə orada oynamamaq böyük bir qəbahət sayılardı, nəinki oynamaq. Burada erməniləri rəqib görüb, onlardan da yaxşı oynayırsansa, burada qəbahətli bir şey yoxdu”.


“Ayna”-"Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı yalnız öz havasına oynadığını bildirdi: “Mənim üçün oynamaq kimin üçünsə və yaxud kiminlə oynamaq demək deyil. Mən oynayanda ancaq öz havama oynayıram. Ona görə mənim ətrafımda kimin oynamağı məni maraqlandırmır. Ona görə də bu məsələdən böyük bir sensasiya yaradılmasına tərəfdar deyiləm. Bu insan ermənilərlə oynamaqla nə qəbahət edib, nə də böyük qəhrəmanlıq. Sadəcə olaraq oynayıb. Mənim özümə qaldıqda isə mən həmişə öz havama və özüm üçün oynamışam. Qarşımda kimin mənimlə birgə oynamasının əhəmiyyəti yoxdur. Mənim üçün əhəmiyyət budur ki, mən ağa, bəy havasına oynayım və heç kimin qabağında baş əyməyim. Özüm öz qürurumu ətrafımdakılara göstərim. Rəqsdə qürurlu oynamaq lazımdır”. 


Akif Nağı: “Bunu Azərbaycan üçün rüsvayçı bir hərəkət hesab edirəm”


Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bunun normal bir hadisə olmadığını bildirdi: “Düşmənlə düşmən kimi rəftar etmək lazımdır. Bunu Azərbaycan üçün rüsvayçı bir hərəkət hesab edirəm. Ona görə də bu hərəkətə heç cür haqq qazandırmaq olmaz. Hesab edirəm ki, bu, onların yox, onlara  qrant verən mərkəzlərin mövqeyidir. Onları məcbur edirlər ki, qrant aldıqdan sonra bu oyunlardan çıxsınlar”.

Günel MANAFLI
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR