İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin yaraladığı Fərid Məmmədov əməliyyat olunmaq üçün Bakıya gətirilir

2506 26.07.2014 02:05 Son xəbər A A

Bu barədə APA-ya millət vəkili Qənirə Paşayeva məlumat verib.
 
Q. Paşayeva deyib ki, səhiyyə naziri Oqtay Şirəliyevin təlimatı ilə F. Məmmədov xüsusi ambulans helikopterlə Bakıya gətirilir: “Artıq 1 saylı Şəhər Klinik Xəstəxanasında həkim heyəti onu əməliyyat etmək üçün hazırdır”.
 
 
Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. Axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub. Nəticədə
kənd sakinləri 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar. Onlar Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Fərid Məmmədov çənəsindən dəyən güllə yarası onun üz nayihəsini dağıdıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR