İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Xankəndinə köçü dayanmır: Rusiyanın niyyəti nədir? Sabiq Baş nazir Pənah Hüseynlə CANLI

4283 18.01.2021 11:41 Gündəm A A

Ölkə gündəmi yenə Qarabağla doludur. Türkiyə-Rusiya birgə montorinq mərkəzi nə zaman fəaliyyətə başlayacaq? Bina hazırdımı? Prezidentin dediyi müddət bitdimi?

Prezident İlham Əliyevin Şuşa səfərinə beynəlxalq və regional reaksiyalar bitmir. Səfər dünyaya hansı mesajı verdi?

ABŞ-la Türkiyə arasında F-35 məsələsi nə yerdə? Ötən həftə bu mövzuda gəlişmə oldu. Son durum necədi?

Prezident Şuşada Ermənistanla dostluq edən müsəlman ölkələri sərt tənqid etdi. İran başda olmaqla indiyədək Ermənistanla yaxın müansibətdə olan müsəlman ölkələr hansılardı? İ.Əliyevin ismarışı İranaydımı?

Dövlət Baxçəlinin Şuşada məktəb açmaq təklifi reallaşacaqmı?


Navalnı Moskvaya enən kimi saxlanıldı. Navalnı layihədimi? O hansı qüvvələrin nəzarətində və əmrindədir? Putinin gizli adamı ola bilərmi?


Rusiya bizə Qarabağda pis sürpriz hazırlaya bilərmi? Rusiya sülhməramlılarını xortdan kimi qələmə verənlər nə qədər haqlıdırlar? Moskvaya arxayın olaqmı? Yoxsa tədbirimizi, önləmimizi daha artıqlamasıyla alaq?


Azərbaycan-Türkiyə Qarsda genişmiqyaslı hərbi təlimlər keçirəcək. Ötən ilin yay aylarında keçirilən birgə hərbi təlimlərdən sonra Azərbaycan Vətən müharibəsi başlatdı. Bu dəfə də yerdə qalan torpaqlar işğaldan azad edilmək üçün hərbi əməliyyatlar başlaya bilərmi? Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Turan Ordusunun yaradılması istiqamətində ciddi addım sayılır. Tək millət-tək Ordu sisteminə keçilə bilərmi?

Bu və digər suallara bu gün saat 12.00-də Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə cavab tapacağıq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR