İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin sülhməramlılarla hərbçilərimizi qarşı-qarşıya qoymaq istəyi - VİDEO

976 09.03.2023 21:38 Hadisə A A

“Qarabağda yaşayan ermənilərin məlum hərəkətləri Rusiya hərbçilərini təxribata sürükləmək məqsədi daşıyır”.

Bunu rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Qarabağda yaşayan ermənilərin martın 7-də avtomobil yolunu bağlayaraq Rusiya sülhməramlılarının xidmət aparmasına mane olmalarını BAKU.TV-yə şərh edərkən bildirib.

“Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər qəbul etməlidirlər ki, onların rahat yaşamaları üçün yalnız bir yolu var. Bu da dinc, könüllü şəkildə Azərbaycana hüquqi müstəvidə inteqrasiya olunmaq. Çünki Qarabağ Azərbaycandır! Bu və ya digər şəkildə bu proses başlayacaq və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan hər bir erməninin qarşısında bir sual dayanacaq. Azərbaycan Respublikasının vətəndaşı olmağa, Azərbaycan pasportu ilə bu ölkənin qanunlarına uyğun yaşamağa hazırsınızmı? Hansısa səbəbdən bu yolla getmək istəməyənlər böyük erməni icmalarının olduğu istənilən ölkəyə üz tutmalı olacaqlar. Məsələn, ABŞ-nin Kaliforniya ştatına, Fransaya, ya da elə Ermənistanın özünə”, - deyə hərbi ekspert qeyd edib.

Daha ətraflı BAKU.TV-nin süjetində:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR