Ermənilərin Qarabağla bağlı uydurmalardan ibarət olan iki filmi "Oskar"ın "qısa filmlər nominasiyası"na düşə bilməyib.
Musavat.com bildirir ki, bu barədə erməni mətbuatı yazıb.
Məlumatda qeyd olunur ki, bu gün Amerika Film Akademiyasının 10 nominasiyası üzrə siyahıya düşən filmlər açıqlanıb. "Qısa filmlər nominasiyası" na təqdim olunan Nora Martirosyanın “Külək sakitləşəndə” və britaniyalı jurnalist, erməni əsilli Emil Qessenin müharibə zamanı, uydurmalar əsasında lentə aldığı “45 gün: Millət uğrunda mübarizə” adlı sənədli filmi seçilməyib. Ermənilər bu xəbəri çox böyük məyusluq və üzüntü ilə qarşılayıb.
Xalidə Gəray
Musavat.com






