İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Qarabağla bağlı növbəti hoqqabazlığı - Oskanyan HƏRƏKƏTƏ keçdi

1801 04.07.2023 16:10 Region A A

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Ayakve” adı təşəbbüsünün imza toplanmasında iştirak edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, keçmiş nazir jurnalistlərə müsahibəsində Qarabağı Azərbaycanın tərkibində tanıyacaq sənədin imzalanmasını əngəlləyəcək istənilən təşəbbüsü dəstəkləyəcəyini söyləyib.

“Belə bir sənədin imzalanmaması üçün Paşinyanın əlindən tutub ona mane ola biləcək istənilən təşəbbüs təqdirəlayiqdir”, - deyə o qeyd edib.

“Baxmayaraq ki, bütün sorğular Ermənistan əhalisinin 50%-dən çoxunun Qarabağın Azərbaycanın tərkibində olmasına qarşı olduğunu göstərir, istənilən statusda hakimiyyət buna məhəl qoymur. Bu cür təşəbbüslər sayəsində həmin sənədin imzalanmasına qadağa qoyulacaq və hətta buna görə cinayət məsuliyyətinin müəyyən olunması nəzərdə tutulacaq”, - deyə Oskanyan bildirib.

Qeyd edək ki, “Ayakve” ermənilərin Qarabağla bağlı “Miatsum”dan sonrakı növbəti hoqqabazlığı sayılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR