İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin beton “inadı”- Azərbaycanın bu yolu qaldı...

2341 21.07.2023 11:22 Siyasət A A

Əsgəran-Ağdam yolunu beton hasarla bağlamaqla separatçılar “aclıq” yalanını özləri ifşa etdilər

İyulun 15-də Brüsseldə üçtərəfli görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel müzakirə olunan məsələlərlə bağlı açıqlamasında deyib ki, Qarabağdakı erməni əhalisinin vəziyyətinə, hüquq və təhlükəsizliyinə, Laçın yolu ətrafında vəziyyətə də toxunulub. O, Laçın yolunun açılmasının vacibliyini vurğulayıb, bundan başqa Azərbaycanın Ağdam üzərindən humanitar yardımı bərabər şəkildə çatdırmağa hazır olduğunu da qeyd edib.

O, hər iki variantı vacib hesab etdiyini və əhalinin ehtiyaclarının ödənilməsini təmin etmək üçün hər iki tərəfdən humanitar çatdırımları təşviq etdiyini bildirib. Beləliklə, Qarabağda qalan ermənilər üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi ilə humanitar yüklərin daşınması məsələsi aktuallaşır. Azərbaycan sayəsində bu məsələ beynəlxalq gündəliyə daxil edilir. Ermənistanda artıq bunu Azərbaycanın növbəti qələbəsi kimi qələmə verirlər. Rəsmi İrəvanın bu məsələ ilə bağlı konkret mövqeyi bəlli olmasa da, Azərbaycanın yanaşması artıq dünya müstəvisində dəstəklənir. Bu, erməni əhalisinin reinteqrasiyasına nail olmaq baxımından həlledici amil sayılır. Hesab edilir ki, bu gedişlə Azərbaycan məhsulları Xankəndiyə daşınacaq. Xankəndidə buna qarşı bəzi ermənilərin etirazı isə nəticə verməyəcək və bu xüsusda rus sülhməramlı qüvvələrinə ümid də əbəsdir. Rus politoloq Nikolay Silayev isə xatırladır ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra elə bir vəziyyət yaranıb ki, Rusiya kənarda qala bilər.

“Aİ Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək həll yolu üzərində işləyir ki, insanlar öz evlərində özlərini təhlükəsiz hiss edə bilsinlər”.

Bu sözləri Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Alpha News”a müsahibəsində deyib: “Aİ-də vəziyyətin həllinə yönəlmiş müxtəlif iştirakçılarla görüşlər keçirilib. Mən demirəm ki, bu, sadə prosesdir, lakin biz vəziyyətin həlli yollarının tapılması prosesində müxtəlif beynəlxalq tərəfdaşlarla tam və tamamilə iştirak edirik. Biz Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək həll yolu üzərində işləyirik ki, insanlar öz evlərində özlərini təhlükəsiz hiss edə bilsinlər. Biz Stepanakertlə Bakı arasında dialoq qurmağa çalışırıq. Düşünürəm ki, hamı bunu həll yollarının axtarışında mühüm element hesab edir”, - deyə Avropa rəsmisi bildirib. O əlavə edib ki, Laçın dəhlizi açılmalı, Ağdamdan keçən yol Laçın dəhlizinə əlavə olmalıdır. “Mən emosiyaları başa düşürəm və biz çox aydın şəkildə bildirdik ki, Laçın dəhlizinin açılması lazımdır. Amma eyni zamanda, hesab edirəm ki, Laçın dəhlizindən başqa, Laçın dəhlizinə alternativ kimi deyil, ona əlavə olaraq istənilən təkliflərdən də istifadə edilməlidir”, - Aİ-nin xüsusi nümayəndəsi qeyd edib.

Mundar ermənilər Ağdam-Əsgəran yolunu bağladılar... » "Dünya" informasiya  agentliyi

Bir qrup gənc Əsgəran-Ağdam yolunu beton hasarla bağlayıb. Bu faktiki Bakının Ağdam təklifini rədd etmək deməkdir. Laçın yolunu Ağdam-Xankəndi marşrutu ilə necə əvəzləməli? Ermənistana aparmayan yol necə dəhliz rolu oynaya ola bilər?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bildirdi ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən son iki görüşlərdə müzakirə olunan məsələlər içində üzərində daha çox dayanılan Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi və Laçın dəhlizi olub: “İstər Mişel olsun, istərsə də Avropa İttifaqının digər rəsmi şəxsləri olsun, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin qorunması dedikdə nəyi nəzərdə tuturlar? Bunun aydın izahı hələ ki verilməyib. Üstəlik də bunun beynəlxalq və yaxud da hansısa mexanizmlə həlli axtarılır. Əgər danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi mübahisələndirilmirsə və Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları hesab edilirsə, o zaman dövlətin özü digər etnik azlıqlar kimi ermənilərin də hüquq və azadlıqlarını qoruyacaq. Azərbaycanda kompakt şəkildə yaşayan müxtəlif etniklərin heç biri ayrı seçkiyə və diskriminasiyaya məruz qalmayır və Vahid Azərbaycan xalqının ayrılmaz parçasıdır. Həmin etnik azlıqların konstitusion hüquqları onların təhlükəsizliyi, adət ənənələri, milli kimlikləri, dili mədəniyyəti qorunur.

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov 

Yaxşı o zaman ayrıca götürülmüş bir bölgədə və sayı 20 mini keçməyən ermənilərə xüsusi hansı hüquqlar verilməlidir. Aydındır ki, Avropa İttifaqı ermənilərə gələcəkdə hansısa muxtar statusun verilməsini hədəfləyir. Bunun isə birbaşa müzakirəyə çıxarılması danışıqlar prosesinin pozulması demək olardı. Laçın dəhlizi məsələsinə gəlincə, burda da yanlış yanaşma sərgilənir. Əvvəla, Ermənistanı Xankəndi ilə birləşdirən Laçın-Xankəndi yolu bağlanmayıb, nəzarətə götürülüb. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazisinə giriş çıxışı nəzarətə götürüb, sərhədlərinin toxunulmazlığını təmin edib. Ermənilər də bu nəzarət buraxılış məntəqəsindən sərbəst və maneəsiz keçirlər. Mən hesab edirəm ki, Azərbaycan tərəfi danışıqlarda, müxtəlif formatlı və səviyyəli görüşlərdə hər iki məsələnin müzakirəsindən imtina etməlidir. Çünki, bu iki mövzu digər aktual problemlərin müzakirəsindən diqqəti yayındırır. Həm də hər iki mövzu həll olunmuş mövzulardır. Ermənilərin qarşısında konkret şərt qoyulmalıdır: ya Ağdam-Xankəndi yolu istifadə olunmalıdır, Bakının ayağına gəlinməlidir, ya da köç etməlidirlər. Bir haldakı müzakirələr və təmaslar Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin detalları ilə bağlıdırsa, o zaman Azərbaycanın daxili məsələləri gündəlikdə olmamalıdır.

Ermənilər Ağdam-Əsgəran yolunu bağlayırlar, Xankəndinə Bakının humanitar yardım aparmasına mane olurlar. Xankəndində humanitar böhranın yaşandığını iddia edib təbliğatı bu istiqamətdə quran ermənilər məntiqlə Azərbaycanın təklif etdiyi humanitar yardımlardan imtina etməməli, əksinə bunu alqışlamalıdır. Demək, öz yalanlarını özləri ifşa edirlər. Deməli, məsələ hansısa uydurulmuş humanitar böhrandan getmir, Azərbaycana xarici təzyiq edilməsi üçün bəhanələr yaratmaqdır. Məncə, Avropa İttifaqının normallaşma sürəci ilə bağlı təşəbbüsləri cəlbedici görünsə də, mövcud reallıqlara heç də adekvat deyil”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

 Məhəmməd Əsədullazadə

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə isə məsələyə belə münasibət sərgilədi: “Qarabağda yaşayan ermənilərə humanitar yüklərin daşınması üçün Ağdam Xankəndi yolu ən uğurlu bir təklifdir. Ermənistan Baş naziri Nikol Paşinyan bu təkliflə razıdır. Demək olar ki, dəhliz sözü leksikondan çıxarılmalı və Ağdam yolu ilə Laçın yolunu eyniləşdirmək olmaz. Laçın yolu dövlət sərhədinə digər ölkəyə aparır. Ağdam Xankəndi yolu isə, daxili marşrutdur və reinteqrasiya prosesin tərkib hissəsidir. Avropa İttifaqı da burada maraqlıdır. Ümumiyyətlə, Laçın yolu açıqdır və hər hansı bir blokadadan söhbət belə getməz. Ona görə də, Avropa rəsmiləri Laçın yolu ilə Ağdam yolunu eyni tutmamalıdır. Rusiya prosesin qarşısını kəsib, imkan vermir ki, Azərbaycan reinteqrasiya prosesinə başlasın. Azərbaycan silahlı erməni birləşmələrinə yalnız güc tətbiq edərək, irəliləyişlərə nail olacaq. Ağdam-Xankəndi yolu açılacaq. Qarabağdakı mülki erməniləri Rusiya girov saxlayır və yolun açılmasına maneə yaradır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR