İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərə reallığı çatdıran deputatın ŞÜBHƏLİ ÖLÜMÜ

1316 06.11.2023 18:31 Son xəbər A A

Xəbər verdiyimiz kimi, İrəvanda hakim partiyadan olan deputat Matevos Asatryan qəfil dünyasını dəyişib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

38 yaşlı deputatın ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı, lakin onun həyatını xilas etmək mümkün olmadığı barədə məlumatlar yayılıb. Deputatın ölümünə infarktın səbəb olduğu bildirilir.

Qeyd edək ki, Asatryan nisbətən konstruktiv mövqeyinə görə fərqlənirdi. Bu ilin may ayında mətbuata açıqlamasında bildirmişdi ki, Qarabağ həmişə Azərbaycanın bir hissəsi kimi tanınıb.

“Sadəcə, biz bunu anlayıb qəbul etmək istəmədik. 1991-ci ilə və ya əvvəlki rəhbərlərimizin müsahibələrinə, mətbuat konfranslarına baxın… Əgər biz Qarabağı Azərbaycan ərazisi kimi tanımasaq, artıq qarşı tərəfin də bizim ərazimizlə bağlı iddiaları ortaya çıxır. Deyir, siz mənim ərazi bütövlüyümü tanımırsınızsa, mən də sizin ərazi bütövlüyünüzü tanımıram və onu zorla alacağam”,- deyə deputat bildirmişdi. 

Asartyan onu da bildirmişdi ki, sülh şərtlərində əsas amil tərəflərin ölkələrin ərazi bütövlüyünü tanıması olacaq: “Anklavlar məsələsində isə kompromislərə getmək olar”.

Hakim Vətəndaş Müqaviləsi Partiyasında təmsil olunan Asatryan Nikol Paşinyanın qatı tərəfdarlarından sayılırdı.

Azərbaycanla sülh çağırışları və konstruktiv mövqeyi ilə revanşistləri qəzəbləndirən, ermənilərə reallığı aşılayan deputatın qəfil ölümü şübhə doğurmaya bilməz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR