İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərdən TƏXRİBAT: Rus qoşunu hərəkətləndi, Həsənov Şoyquya zəng etdi - CANLI

1489 26.02.2024 14:58 Gündəm A A

Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla telefon danışığı aparıb. “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, telefon danışığı Zakir Həsənovun təşəbbüsü ilə baş tutub. Söhbət zamanı ikitərəfli əlaqələr və əməkdaşlıqla bağlı müxtəlif məsələlər müzakirə edilib.

Şoyqu cümə günü başlayan qoşunların döyüş hazırlığının qəfil yoxlanılması barədə Zakir Həsənova məlumat verib. O, bu hadisənin proqram xarakterli olduğunu və heç bir halda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı olmadığını vurğulayıb. Bəlli olub ki, Rusiya Müdafiə Nazirliyinin saytında son günlər Şoyqu ilə Həsənov arasında bu mövzuda hər hansı telefon danışığının olması barədə məlumat yoxdur.

RİA-nın sözügedən xəbəri isə 2020-ci ilin 18 iyuluna aiddir. Həmin vaxt Tovuz hadisələri baş vermişdi və Rusiya lideri Vladimir Putinin 17 iyul tarixli əmri ilə Rusiyanın Cənub və Qərb hərb dairələrində döyüş hazırlığına başlanmışdı. Sözügedən telefon danışığı zamanı Şoyqu Zakir Həsənovu bu təlimin planlı olduğu və həmin ərəfədə Tovuz rayonu istiqamətində erməni təxribatı ilə heç bir əlaqəsi olmadığını bildirmişdi.
Çox maraqlıdır ki, erməni mediası az qala 4 il əvvəl olan bir xəbəri yeniymiş kimi dövriyyəyə buraxır. Bu, erməni mediasının növbəti informasiya təxribatı sayıla bilər.

Zelenskinin Ermənistana səfəri - əgər baş tutsa - o demək olacaq ki, Kreml üçün Paşinyan “erməni Saakaşviliyə” çevriləcək. Həm də bütün nəticələrlə birlikdə. Rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə gündəmi müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR