İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Zəngəzurun Azərbaycana veriləcəyini anons edir - AMİP sədri Arzuxan Əlizadə ilə "Canlı debat"

563 03.03.2021 13:50 Gündəm A A

Müharibədən sonra ölkədə yaradılan bəzi süni sosial problemlər artıq yoluna qoyulub. Onlardan sonuncusu hərbçilərin maaşı ilə bağlı idi. Daha öncə şəhid məzarları ilə bağlı yaradılan səs-küy də eyni taktika ilə yatırılmışdı. Bunu kimlər edir, məqsəd nədir? Həssas qrupları ayağa qaldırmaq kimin marağındadır?

YAP-da baş verəcək dəyişikliklər nədən ibarət olacaq? Bu, digər partiyalar üçün nə vəd edir? Ermənistan Paşinyanı niyə devirmir? Düşmən ölkənin baş naziri öz ölkəsində niyə bunca sevilir?

Erməni general-mayor Arkadi Tadevosyan deyib ki, Paşinyan hakimiyyətdə qalsa tezliklə Zəngəzur Azərbaycana veriləcək. Müharibə gedən vaxtlardan bəri bu məsələ zaman-zaman deyilir, yazılır. Əsasən də ermənilər bunu tirajlayır. Zəngəzurun Azərbaycana verilməsi realdımı indiki şərtlərdə. Prezident İlham Əliyev qələbə paradında məhz Zəngəzurun adını çəkərək, onu və digər klassik Azərbaycan bölgələrini milli hədəflər sırasında göstərib. Prezident demişdi ki, növbəti hədəfimiz Zəngəzurdu, İrəvandı.

Bu və digər mövzuları AMİP sədri Arzuxan Əlizadə ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR