İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər yeni prezidentə niyə “İngiltərə kraliçası” deyir? – Vaaqn Xaçaturyanın İLGİNC DOSYESİ

5205 03.03.2022 15:11 Gündəm A A

Bu gün Ermənistanın yeni prezidentinin adı bəlli oldu. Bu, 63 yaşlı Vaaqn Xaçaturyandır. Bəs kimdir, o?

Adı Azərbaycan oxucusuna tanış olmayan Ermənistanın yeni prezidenti Vaaqn Xaçaturyanın siyasi karyerasasını əks etdirən məqamları təqdim edir.

Xaçaturyan Paşinyanın rəhbəri olduğu “Mülki müqavilə” Partiyasının parlamentdəki fraksiyası tərəfindən prezidentliyə namizəd olub. Bu gün yayılan məlumata görə, seçkilərin ikinci turunda parlamentin 107 deputatından 71-i iştirak edib və onların hamısı Xaçaturyana səs verib.

Qarabağ klanının əsas nümayəndələri olan Köçəryan-Sərkisyan cütlüyünə yaxın olan “Ermənistan” və “Şərəfim var” fraksiyalarının deputatları bugünkü səsvermədə iştirakdan imtina ediblər.

Xaçaturyan kimdir?

Vaaqn Xaçaturyan 22 aprel 1959-cu ildə Sisyanda anadan olub. 1975-1980-ci illərdə İrəvan Xalq Təsərrüfatı İnstitutunu İqtisadçı ixtisası üzrə bitirib. 1980-1981-ci ildə Sovet ordusunda xidmət edib. 1981-1989-cu illərdə “Razdanmaş” İstehsalat Birliyində iqtisadçı işləyib. 1989-1992-ci illərdə “Mars” dövlət müəssisəsində şöbə müdiri, baş direktor müavini. 1992-1996-cı illərdə İrəvan meri, Ermənistan prezidenti Levon Ter Petrosyanın müşaviri olub.

1996-1999 - Parlamentin deputatı, Maliyyə, kredit, büdcə və iqtisadi məsələlər daimi komissiyasının üzvü olub.

2007-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində o, Sərkisyanın İmpiçment elan olunmasına dəstək verib. 2021-2022 - Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi naziri postunda çalışıb.

“İngiltərə kraliçası”

Ermənistan müxalifəti Xaçaturyanı əbəs yerə “İngiltərə kraliçası” adlandırmır. Çünki bu ölkədə hansı siyasi proseslərin baş verməsindən asılı olmayaraq, Xaçaturyan vəzifə sahibi olub. Başqa sözlə ifadə etsək zamanı, şəraiti düzgün qiymətləndirməyi bacarıb, hər kəslə dil tapıb və mübarizələrdən qalib çıxıb.

O, Qorboçovun yenidənqurma siyasətinin Ermənistandakı parlaq, aparıcı gənc təbliğatçılarından olub. SSRİ-nin laxladığını hiss edən Xaçaturyan fürsəti fövtə verməyərək, milli azadlıq hərəkatına qoşulub, Petrosyanla birlikdə siyasi olimpə doğru irəliləyib. 1988-ci ildə Qarabağda erməni separatizmi baş qaldıranda Xaçaturyan seçim qarşısında qalıb. Ya Ermənistanda günü-gündən nüfuzu artan Qarabağ klanına qoşulmalı, ya da bölgədə ikinci erməni dövlətinin yaradılması ideyasını dəstəkləməyən Petrosyanın yanında olmalı idi. O, ikinci yolu seçdi.

O, digərlərindən fərqli olaraq Azərbaycana qarşı irqçi çıxışlar etməyib, mədəni qonşuluğun tərəfdarı olub. Hətta 1998-ci ildə Petrosyan devriləndən sonra da Xaçaturyan “Qarabağ klanı” ilə əməkdaşlıq etməyib.

Paşinyanın komandasına qoşulmazdan öncə deputat və siyasi analitik kimi fəaliyyətini davam etdirib. Sələfi Armen Sarkisyan kimi praqmatik siyasətçi təsiri bağışlayan yeni prezidenti Paşinyanın alovlu tərəfdarı saymaq olmaz. O, heç vaxt aktiv siyasi fəaliyyətlə məşğul olmayıb. İrəvanın meri olduğu zaman dövlət mülkiyyətinin özəlləşdirimləsində mühüm rol oynayıb. Odur ki, erməni oliqarxlarının ona həmişə “təşəkkür” borcları var.

Ermənistan mətbuatının yazdığına görə, Xaçaturyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesində fəal iştirak etməyəcək. O, baş nazirin icazəsi olmadan çətin ki, konkret mövqe ortaya qoya bilsin.

Uğursuz nazir

Xaçaturyan prezident seçilənə qədər Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi naziri idi. Onu uğurlu nazir hesab etmək olmaz. Nazir kimi onun qarşısına qoyulan əsas tələblərdən biri yeni PUA-lar və PUA-lardan müdafiə qurğuları yaratmaq idi. Amma müşahidələr göstərir ki, Ermənistanın milyonlarla dollar hesabına başa gələn PUA istehsalı proqramı uğursuzluğa düçar olub.

“Bir sıra problemlər aşkar olunduğundan PUA istehsal edən şirkətlərlə hələ ki müqavilə bağlanmayıb”, deyə o, açıqlamalarının birində demişdi.

Azərbaycanla 44 günlük müharibədə uduzan Ermənistanın müdafiə sənayesinə milyonlarla dollar xərcləməsi erməni istisadçıları tərəfindəndən “gecikmiş addım” adlandırılıb.

Sarkisyanın qəbul etmədiklərini Xaçaturyan “həzm edəcəkmi”?

Günün vacib suallarından biri də budur.

Xaçaturyandan öncəki prezident Armen Sarkisyan bu il yandarın 24-də istefa verib. Sarkisyanın istefasının səbəbirini "daxili və xarici siyasətinə təsir etmək üçün lazımi alətlərə malik olmaması" ilə bağlasa da, siyasi kluarlarda gəzən məlumatlara görə, əslində o, Azərbaycan və Türkiyə ilə barışıq istiqamətində Ermənistan hökumətinin qəbul edə biləcəyi güzəştlərə razı olmadığı üçün ərizəsini yazıb. Sarkisyan həmçinin Ermənistanın siyasətində mövcud vəziyyəti "milli böhran" adlandırıb.

Görəsən, Xaçaturyan Armenin qol çəkmədiyi, yaxud Paşinyanla razılaşmadığı sənədlərə imza atacaqmı? O, Ermənistanı “milli böhran”dan çıxara biləcəkmi?//GUNDEM.AZ

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR