İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər türklərdən “QİSAS” aldı... - Cangüdəni olanlar belə qətlə yetirilib - ŞOK FAKTLAR FOTO

5148 25.04.2023 22:11 Yaxın tarix A A

Dünən Ermənistanın paytaxtı İrəvanda “Nemezis” əməliyyatının iştirakçılarına xatirə abidəsinin təntənəli açılışı olub. Terrorçu xalq bir az da abidə önündə göz yaşları tökərək “soyqırım qurbanları”nı yad edib. Öz “qəhrəmanları”ndan ağızdolusu danışıb.

abide.PNG (801 KB)

“Nemezis” haqda

“Nemezis” əməliyyatı “Daşnaksütyun” partiyasının 1920-22-ci illərdə keçirdiyi terror aksiyasıdır. Əməliyyatın adı qədim yunan intiqam ilahəsi “Nemezida”nın adından götürülüb. Aksiyanın məqsədi “erməni soyqırımı”nı və 1918-ci ildə Bakıda erməni əhalisinin “qətlini” təşkil etmiş şəxslərdən qisas alınması idi. Əməliyyatın reallaşdırılması erməni ictimai-siyasi xadimi Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən “Daşnaksütyun” partiyasının IX qurultayında qərara alınıb.

Soyqırıma guya aidiyyəti olan insanların 650 nəfərlik bir siyahısı tutulur, onların içərisindən 41 nəfər - “əsas günahkarlar” elan edilir. Əməliyyata rəhbərlik üçün xüsusi orqan yaradılır, bütün əməliyyat üçün o orqan məsul idi (orqanın rəhbəri Ermənistan Respublikasının ABŞ-dakı elçisi Armen Qaro idi), bununla yanaşı, xüsusi fond da yaradılır (fondun rəhbəri – Şaan Satçaklyan). Operativ rəhbərlik və əməliyyatın maddi dəstəyi ilə Şaan Natali və Qriqor Merdjanov məşğul idi.

ermeni.PNG (485 KB)

İnformasiyanın yığılmasında özünü türk tələbə kimi qələmə verən Qraç Papazyan aktiv iştirak edirdi, o, mühacirətdə yaşayan “gənc türklərlə” yaxın əlaqələr qura bilmişdi. Qətlin törədilməsi üçün 3-5 nəfərdən ibarət qrup yaradılırdı, bu qrup qətlə yetiriləcək şəxsi izləməklə məşğul olurdu, sonra qrupdan bir nəfər qətli törədirdi, əgər öldürmək istədikləri şəxsi cangüdənlər qoruyurdusa, onda qətlə iki-üç nəfər gedirdi. Əməliyyatın iki əsas təşkilati mərkəzi var idi. Bunlar “Çakatamart” (İstanbul) və “Droşak” (Boston) qəzetlərinin redaksiyaları idi.

“Nemezis” əməliyyatı nəticəsində həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının rəhbər şəxsləri qətlə yetirilib.

“Nemezis” əməliyyatı ilə bağlı Musavat.com-a danışan türkiyəli politoloq Hüsamettin İnaç bildirib ki, “Daşnaksütyun” partiyası qondarma erməni soyqırımından istifadə edərək məşhurlaşmaq istəyirdi.

hus.jpg (57 KB)

Politoloq xatırladıb ki, “Nemezis” əməliyyatı nəticəsində qətlə yetirilənlərdən biri Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşadır, digərləri Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa, Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa və keçmiş Trabzon valisi Camal Əzimdir:

“Eyni zamanda Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, “Təşkilati Məxsusə”nin yaradıcısı Bahəddin Şakir. Qurbanların çoxu Almaniyada yaşayırdı.

Berlin məhkəməsi qatilləri ələ keçirsə də, onların çoxuna bəraət verib. “Daşnaksütyun” terror partiyasının arxasında Almaniya, Fransa və digər Avropa ölkələri dayanır. Terrorçular Avropanın himayəsi altında ərsəyə gələn bir təşkilatın üzvləridir. Bu baxımdan onlar cəzalandırılmayıb. Soyqırım iddiasını ortaya atan Qərb özünü təmizə çıxarmaq üçün bu iddiadan istifadə etməyə çalışır. Avropa xüsusilə 1800-cü illərdən - dünyada liderlik qazandıqdan sonra ciddi mənada soyqırımlara imza atan bir strukturdur. Onlar “avropalılar soyqırım edibsə, türklər də soyqırım həyata keçirib” görüntüsü yaratmaq istəyirlər. Bu mənada Qərb Türkiyənin səsini eşitmək arzusunda deyil.

Türkiyədə “kürd məsələsi”ni əlində bayraq edən PKK-nın da erməni təşkilatı olduğunu bilirik. PKK Suriyanın şimalında minlərlə TIR silahla, Müdafiə Nazirliyinin yüz minlərlə dollar yardımı ilə gücləndirilir. Onlar Suriyanın şimalında kürd dövləti qurmaq istəyirlər. Digər erməni terror təşkilatı olan ASALA da Avropada bir çox türk diplomatı qətlə yetirib və eyni şəkildə Avropa tərəfindən himayə görüb. Onların məqsədi Türkiyəni Avropa və Amerikanın maraqlarına sərf edən bir siyasət aparmağa məcbur etməkdir”.

diplomat.PNG (1.47 MB)

Politoloq vurğulayıb ki, amerikalı tarixçi Castin Makkarti qondarma erməni soyqırımını ifşa edib:

“Lakin “Nemezis” əməliyyatını həyata keçirənlər cəzalandırılmayıb, əksinə, təltif olunublar. “Daşnaksütyun” öz fəaliyyətini hazırda ASALA və PKK vasitəsilə davam etdirir. PKK-nın siyasi qolu HDP Türkiyə parlamentini ələ almağa çalışır, bu istiqamətdə Qərb onlara böyük dəstək verir.

Avropa Ermənistana da əl uzadır. Ermənistan təkbaşına qalsa, Qarabağ məsələsində razılığa gedə bilər. Xüsusilə Fransa və ABŞ Ermənistan və Azərbaycanın razılaşmasını istəmir. Zəngəzur dəhlizinin açılmaması üçün əllərindən gələni edirlər. Rusiya da Ermənistanın yanındadır”.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz isə qeyd edib ki, “Nemezis” əməliyyatı türklərə, azərbaycanlılara və türklərlə işbirliyində ittiham olunan ermənilərə qarşı aparılan terror aksiyasıdır.

menim.jpg (174 KB)

General xatırladıb ki, sui-qəsdi həyata keçirənlərin heç biri ədalət məhkəməsi qarşısında cavab verməyib:

“Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşirə sui-qəsd təşkil edilən terrorçu saxlanılsa da, ailəsini itirməsi səbəbilə psixoloji pozuntu yaşaması bəhanəsi ilə sərbəst buraxıldı. İkili standartlardan çıxış edən dövlətlər terrorçuları həbs etmək istəmədi. Dünya 1920-1922-ci illərdə həyata keçirilən sui-qəsdlərin adını belə çəkmək istəmir. Dünən ABŞ prezidenti Co Bayden cəfəng fikirlər səsləndirdi. O, Osmanlı imperiyasında yaşayan ermənilərin iki qatı qədər insanın soyqırıma məruz qaldığını bildirdi. Dolayısı ilə ABŞ-dan, Qərbdən ədalət gözləmək son dərəcə yanlışdır. Osmanlı imperiyasının ərazisində, Cənubi Qafqazda türklərə və azərbaycanlılara qarşı törədilən soyqırımlar gözardı edilir. Xocalı kimi soyqırımı dünyanın yalnız 50 ölkəsi tanıyıb. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, diasporlarımızın ortaq fəaliyyəti önəmlidir. Bu istiqamətdə yetəri qədər irəliləyiş var.

Ermənistan baş naziri Nikol Paşinyan “Türkiyə ilə barışmaq istəyirik, dost olmaq istəyirik” deyir, digər tərəfdən də kin və nifrətlə, revanşizmlə dolu “Nemezis” əməliyyatının iştirakçılarını dəstəkləyir. Bu da Paşinyan və Ermənistanın sülh istəmədiyinin göstəricisidir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR