İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər SİLAHLI MÜQAVİMƏTə hazırlaşır, “TIR şousu”nun gizlinləri ÜZƏ ÇIXDI – Üzeyir Cəfərovla CANLIda  

1381 29.07.2023 11:53 Son xəbər A A


Ermənilərin və havadarlarının TIR şousu ilə bağlı Azərbaycanın mövqeyi qətidir. “Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, qüvvələrinin bir hissəsini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı və qanunsuz marionet rejimini maliyyələşdirməyi dayandırmalıdır”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra tviterdəki paylaşımında bildirib. H.Hacıyev qeyd edib ki, Ermənistan tibbi evakuasiya və çatdırılma üçün istifadə edilən Laçın yolu məsələsində siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur. Xankəndindəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyalarının girovu kimi saxlayırlar: “Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Bu, BQXK-nın bəyanatında da təsdiqlənib. Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!”...
Beynəlxalq təşkilatlar, ermənilərə canı yananlar əslində, onları anlatmalıdır ki, Azərbaycan davranışlarında tam haqlıdır. Ancaq 26 və 27 iyulda biz şahidi olduq ki, Aİ missiyası, bəzi qərəzli təşkilatlar və dövlətlər anormal çağırışlar edilər. Bununla da separatçı rejimi təxribatlara sövq edirlər. Məqsəd nədir? Bölgədə sabitliyə imkan verməmək üçün hər cür oyunları quranlar bununla nəyə nail olmaq istəyir? Burada bir məqam da sezilir ki, təxribatların arxasında hazırda aparılan sülh və reinteqrasiya danışıqlarını pozmaq məqsədi dayanır. Brüsseldə verilən bəzi nikbin bəyanatlardan sonra Rusiyada baş tutan XİN başçılarının nəticəsiz görüşündən dərhal sonra TIR şousu təsadüfi deyil və sonda erməniləri silahlı müqavimətə də sövq edə bilərlər.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız istefada olan polkovnik Üzeyir Cəfərovdur.

Facebook səhifəsinin ünvanı:


Youtube səhifəsinin ünvanı:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR